Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:37

Gürcüstan partlayışa görə Abxaziya və Rusiyanı günahlandırır


Gürcüstanın hakim dairələri Mujava qəsəbəsində baş vermiş partlayışa görə Abxaziya və Rusiyanı günahlandırır. Partlayış nəticəsində yerli idarənin rəhbəri Qiya Meboniya ölüb.
Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili deyir ki, hadisə yerinin yaxınlığından antena tapılıb və bu əsas verir ki, partlayış uzaqdan idarə olunub.

Rusiyanın Müdafiə Nazirliyi isə partlayışla bağlı onlarda elə bir məlumat olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG