Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb


«Son 15 il ərzində ABŞ-ın qəbul etdiyi bir çox təhsil proqramları sayəsində Azərbaycan tələbələri və məktəbliləri ABŞ-da təhsillərini davam etdirə bilirlər».

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders Bakıda keçirilən Amerika Təhsil Yarmarkasında bildirib. Səfir deyib ki, bu proqramlar sırasında FLEX, «Muskie», «U-Grad», «Fulbright» və başqaları var.

E.Ders qeyd edib ki, proqramlar üzrə 1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb: «Gələcəkdə bu rəqəm artacaq. Təhsil sərmayədir. Bu sahəyə yatırılan sərmayələr xalqın gələcəyini təmin edir». / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG