Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:27

Neft ucuzlaşır, büdcədə isə suallar çoxalır…


İqtisadi İnkişaf Nazirliyi 2009-cu ildə neftin qiymətinin 1 barel üçün ən pis halda 80 dollar olacağını proqnozlaşdırmışdı
İqtisadi İnkişaf Nazirliyi 2009-cu ildə neftin qiymətinin 1 barel üçün ən pis halda 80 dollar olacağını proqnozlaşdırmışdı
Dünyada neftin qiymətinin sürətlə aşağı düşməsi 2009-cu il üçün Azərbaycanın dövlət büdcəsinə dair suallar yaradıb. Bəzi ekspertlər deyir ki, bu hesabla Azərbaycan büdcəsinin gələn ili borcla başa vuracağı labüddür.

Milli Məclisin İqtisadi Siyasət daimi komissiyasının üzvü Əli Məsimli deyir ki, əslində hazırda deputatlara təqdim olunan layihədə gələn il üçün neftin qiyməti 80 dollar götürülüb. Dünya bazarlarında isə Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiyməti 1 barel üçün 60 dollar ətrafında cərəyan edir. Əli Məsimli deyir ki, bu hesablama risklidir. Ancaq bununla belə büdcədə qiyməti 70 dolları saxlamaq da mümkündür:

«Əgər neftin qiyməti büdcədə 80 yox, 70 dollar götürüblərsə, ona dəyilmədən riskli varianta gedilir. Bir şərtlə ki, təhlükəsizlik yastığı yaradılır. Bundan ötrü Azərbaycanın 17 milyard dollar valyutası var».

Əli Məsimli deyir ki, aşağı rəqəmin tərəfdarı olmayanlar hesab edirlər ki, gələn il 1 barelin qiyməti 70 – 90 dollar arasında artıb azalacaq.

OPEK də buna çalışır. Çünki bu cür artıb-azalma ədalətli çərçivə daxilində dəyişiklik hesab edilir. Digər tərəfdən büdcədə bu rəqəmin dəyişdirilməsi kifayət qədər texniki dəyişikliklər də tələb edir.

Əsas neft ixrac edən ölkələr birliyi OPEK-in neftin qiymətini normalda saxlaması barədə çalışmaları indi bütün dünyanın diqqətindədir. Amma ekspertlər nəticə barədə hələ ki konkret bir şey söyləməyə çətinlik çəkirlər.

«Turan enerji» jurnalının baş redaktoru İlham Şaban isə hesab edir ki, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi gerçəkliyi düzgün qiymətləndirmir. Onun fikrincə, reallıqdan uzaq proqnozlar ölkə iqtisadiyyatı üçün təhlükəlidir.

İqtisadi İnkişaf Nazirliyi 2009-cu ildə neftin qiymətinin 1 barel üçün ən yaxşı halda 125, orta halda 100, ən pis halda isə 80 dollar olacağını proqnozlaşdırmışdı.

Ancaq dünyanın aparıcı institutları hesab edirlər ki, hələlik bu böhran dünya bazarında ən aşağı nöqtəyə çatmayıb. İlham Şaban isə deyir ki, hətta düzgün proqnozlar verilsə belə, hər manatın necə xərcləndiyinə nəzarət güclənməyincə neft gəlirlərinin əhalinin rifahına işləyəcəyini gözləmək yersizdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG