Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

Prezident 50 illik vəd verdi</a> <img src="/img/icon-photogallary.gif" border=0 /> <font color="darkorange">Fotolar</font>


İlham Əliyev andiçmə mərasimində, 24 oktyabr 2008

İlham Əliyev andiçmə mərasimində, 24 oktyabr 2008

Oktyabrın 24-də İlham Əliyev and içməklə prezidentlik səlahiyyətlərinin icrasına başladı:

«Mən and içirəm, prezidentin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan dövlətinin konstitusiyasına əməl edəcəyəm. Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma və xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm».

Andiçmədən sonrakı çıxışında İlham Əliyev prezident seçildiyinə görə, xalqa, daha sonra onun namizədliyini irəli sürən YAP-a, onu dəstəkləyən siyasi qüvvələrə və həmçinin müxalifətə təşəkkürünü bildirdi:

«Mənim namizədliyimi dəstəkləyən bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Məni qələbə münasibətilə təbrik edən digər prezidentliyə namizədlərə də təşəkkürümü bildirirəm».

Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqların davam etməsində Azərbaycanın hələ ki maraqlı olduğunu deyən prezident Qarabağa müstəqillik verilməsi məsələsinin heç vaxt mümkün olmayacağını bildirib:

«Nə bu gün, nə sabah, nə 10 ildən, nə də 50 ildən sonra Dağlıq Qarabağa müstəqillik verilməyəcək və Azərbaycan bunu heç vaxt tanımayacaqdır».

Prezident deyib ki, ötən beş ildə işsizlik, iqtisadi inkişaf, ordu quruculuğu, əhalinin sosial vəziyyəti və s. məsələlərlə bağlı verilən vədlər yerinə yetirilib və növbəti beş ildə bu işlər daha geniş şəkildə davam etdiriləcək: «Bir daha demək istəyirəm ki, Azərbaycanın hərtərəfli, uğurlu inkişafı reallıqdır və növbəti beş ildə mən heç şübhə etmirəm ki, biz bütün bu müsbət meylləri davam etdirəcəyik və Azərbaycanı yeni uğurlara doğru aparacağıq».

«Tolerant» Sosial Araşdırma Birliyinin sədri Azər Rəşidoğlu deyir ki, prezidentin andiçmə mərasimindəki çıxışından gözlədiyi çox şeyi eşitməyib. Azər Rəşidoğlu bildirir ki, İlham Əliyev onu dəstəkləyən müxalifətə təşəkkür eləsə də, ötən prezident seçkilərindən ölkəni tərk edən siyasi mühacirlərə hər hansı müraciət etmədi, hamının prezidentiyəm deyə onları ölkəyə çağırmadı. Bir neçə jurnalistin həbsdə olduğu bir vaxtda bu çıxışda mətbuat azadlığı ilə bağlı gələcək planlardan danışılmadı.

Azər Rəşidoğlu deyir ki, prezidentin müxalifətə təşəkkür etməsi həm də onu göstərdi ki, o, hakimiyyətin istəyinə uyğun yeni müxalifətin formalaşmasında maraqlıdır.

Qaldı ki, andiçmə mərasimində gələcək beş illiklə bağlı iqtisadi, sosial və s. sahələrlə bağlı görüləcək işlərə «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, o prezidentin çıxışından daha çox bu məsələlərlə bağlı gələcək planları eşitmək istəyib. Amma prezident bu məsələdən çox ümumi danışıb. Bu baxımdan da Mərkəz rəhbəri hesab edir ki, növbəti beş il də elə ötən beş ilin təkrarı olacaq.

Ərəstun Orucluya görə, əgər hakimiyyət cəmiyyət tərəfindən islahatlara və hansısa kursu dəyişmə hallarına sövq olunmursa onda hakimiyyətin nəyinə lazımdı ki, ciddi islahatlar aparıb özünü bataqlığa salsın.

Şərhləri göstər

XS
SM
MD
LG