Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:00

Əsir əsgər ailəsinə məktub yazıb


Əsirlikdə olan Azərbaycan əsgəri Rəhman Həsənov ailəsinə məktub yazıb. Atasının dediyinə görə əsgər vəziyyətinin normal olduğunu bildirib, xahiş edib ki, qardaşının oğlu olsa, onun adını qoysunlar.
Əsgərin məktubunu ailəsinə Qırmızı Xaç Komitəsi çatdırıb. Komitənin Bakıdakı nümayəndəliyindən Gülnaz Quliyevanın dediyinə görə əsgərlə görüşdə komitənin azərbaycanlı nümayəndəsi də iştirak edib. Komitə üzvləri əsgərə iki dəfə baş çəkiblər.

Rəhman Həsənov 1989-cu ildə anadan olub, bu il Ağdam rayon komissarlığından hərbi xidmətə çağırılıb. Rəsmi məlumata görə onu oktyabrın 8-də girov götürüblər.
XS
SM
MD
LG