Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:32

Psixoanalitik: «Daha çox yeniyetmələr itkin düşürlər»


«Can Bakı» proqramının qonağı psixoanalitik Elmir Əkbər
«Can Bakı» proqramının qonağı psixoanalitik Elmir Əkbər
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2008-ci ilin birinci yarısında 879 nəfər itkin düşüb, onlardan 533-ün yeri müəyyənləşdirilib. «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, psixoanalitik Elmir Əkbərin fikrincə, itkin düşən insanlar əsasən ruhi xəstələrdir:

«Əqli cəhətdən sağlam olan, lakin psixoloji sarsıntı keçirən və bu üzdən evdən gedən insanlar arasında isə daha çox yeniyetmələrə rast gəlinir. Ailədə başa düşülməmək, cəmiyyətdə düzgün qəbul olunmamaq, valideynləri tərəfindən haqsız təpkiyə məruz qalmaq kimi amillərlə üzləşən yeniyetmələr evi tərk edirlər. İtkin düşən insanların ikinci risk qrupuna isə yaşlı insanlar daxildir. Onlar qayğısızlıqdan əziyyət çəkdikləri üçün doğmalarından uzaqlaşırlar. Təəssüf ki, çox ailələrdə yaşlı, xəstə insanlara lazımi diqqət, yardım göstərilmir. Söhbət təkcə maddi yox, psixoloji yardımdan gedir. Belə insanlarda özünəqapanma, depressiyaya düşmə kimi hallar yaranır. Həmin insanlar yaxınlarından qaçırlar, uzaqda özlərini daha yaxşı hiss edirlər».
Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bəzi dinləyicilərin «polis itən insanların tapılmasına kömək etmir» fikri ilə razılaşmadı. Onun sözlərinə görə, 2008-ci ilin 9 ayı ərzində 1179 nəfər itkin düşüb, onlardan 793-nün yeri müəyyən edilib. 2007-ci ilin 9 ayı ərzində isə 1304 nəfər itkin düşüb, onlardan 932-si tapılaraq, ailəsinə qaytarılıb: «İtkin düşmüş adamın yeri müəyyən olunana qədər ərazi polis işçiləri axtarışı davam etdirir. Bu, bilavasitə daxili işlər orqanlarının missiyasına daxildir».

Buna da bax:

XS
SM
MD
LG