Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:03

«Qafqaz əsirləri»


«Ruslar Qarabağda öz qoşunlarını sülhməramlı qüvvələr statusu ilə yerləşdirmək istəyirlər»

«Ruslar Qarabağda öz qoşunlarını sülhməramlı qüvvələr statusu ilə yerləşdirmək istəyirlər»

«Bizim Yol»un Siyasət şöbəsinin Qarabağ danışıqlarının perspektivlərinə dair hazırladığı analitik məqalədə belə deyilir. «Ermənistanın artıq ikili oyunlara baş vurduğu heç kəsin gözündən yayınmır; Serj Sərkisyan baş nazirini Vaşinqtona göndərir, özü isə İrəvanda Rusiya prezidenti Medvedevi qarşılayır. Hiss olundu ki, Medvedev Ermənistanın ABŞ-la danışıqlarından narahatdır; Kreml sahibinin bu ölkəyə səfəri ərəfəsində dünya mətbuatına Rusiya ordusunun Qarabağa girmək planı haqqında informasiya ötürüldü. Bu, tam olaraq dezinformasiya sayılmaz; ruslar Qarabağda öz qoşunlarını sülhməramlı qüvvələr statusu ilə yerləşdirmək istəyirlər. Təbii ki, bu zaman Azərbaycanın da razılığını almağa cəhd edirlər. Yəni Rusiya Qarabağı həm Ermənistandan, həm də Azərbaycandan qoparıb onu birbaşa öz nəzarətinə götürəcək, artıq bundan sonra hər iki ölkənin siyasətinə həlledici təsir göstərmək imkanı əldə edəcək».

Qəzet daha sonra yazır: «Azərbaycan siyasəti qapalı dairədən çıxa bilmir; burdan daxili siyasi konfrontasiyanı konsolidasiya ilə əvəzləyərək çıxmağın mümkünlüyünü siyasi ekspertlər əsaslandırmaqdan yorulmurlar. İqtidar bunun üçün seçkidən sonra iradə bəyan etsə də, hələlik real addımlar atılmayıb. Qarşıdakı (parlament seçkilərinə qədər olan) iki il bunun üçün çox qiymətli vaxt limitidir».

«Azadlıq» «Seçkinin nəticələri bir daha təsdiq etdi ki, biz belə bir tamaşada rol almaqdan imtina etməkdə nə dərəcədə haqlı olmuşuq»-, AXCP sədri Əli Kərimli müsahibəsində belə deyib: «Seçki artıq tarixə çevriləndən sonra bizim tərəfdarlarımız, cəmiyyətdəki protest elektoratın tərkibində olan insanlar özləri də düşündülər ki, bizi bu seçki tamaşasında iştirak edən görmək nə qədər çətin olardı. Ona görə bu seçki bizim boykot qərarımızın şəraitə görə yeganə düzgün qərar olduğunu bir daha təsdiqlədi. Bizim qərarımızdan öncə tərəddüdləri olanlar da, artıq seçkidən sonra tərəddüd etmirlər ki, bu şəraitdə real müxalifət məhz belə bir addım atmalıydı».

«Üç nöqtə» iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, neftin ucuzlaşması və dolların dəyər qazanması bir-biri ilə əlaqəlidir. Ekspert neftin qiymətinin aşağı düşməsi və dolların başqa valyutalara nisbətən bahalaşmasını bir-biri ilə bağlı olan məsələnin iki tərəfi hesab edir: «ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini aşağı salmaqla dolların başqa valyutalara, xüsusən «avro»ya nisbətən kursunun möhkəmlənməsinə nail oldu. Eyni zamanda Avropa Birliyi ölkələri «avro»nun kursunun kəskin möhkəmlənməsində maraqlı deyillər. Yəni «avro»nun kursu möhkəmləndiyi halda, həmin ölkələrin iş adamlarının ixrac imkanları məhdudlaşır. Praktiki olaraq, möhkəmlənmiş «avro» ilə istehsal edilən məhsulun Amerika və digər beynəlxalq bazarlarda satış imkanları məhdud olur. Çünki onların dollarla ifadəsi daha böyük göstəricidən xəbər verir. Analoji fikirləri manatla əlaqədar da söyləmək olar. Belə ki, manatın kəskin bahalaşması neftdən kənar sahələrin inkişafını əngəlləməklə, yerli məhsulun ixrac imkanlarını zəiflədir, əksinə idxal imkanlarını genişləndirir. Ona görə də, dolların dəyərinin təkcə avro deyil, manat qarşısında da kəskin bahalaşması və ucuzlaşması arzuolunan deyil».

«Respublika» qəzeti yazır ki, oktyabrın 23-də Sumqayıtda Qarabağ müharibəsi əlillərinə avtomobillər təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri əlillərə 30 «Oka» avtomaşının açarlarını təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, son 5 ildə bu kateqoriyadan olan bir neçə min insana yeni mənzillər və avtomobillər verilib, əlillər tam reabilitasiya kursu keçiblər. Onun fikrincə bu sahəyə investisiya qoyuluşu davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG