Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:07

Saxarov mükafatı həbsdəki hüquq müdafiəçisinə verildi


Avropa Parlamenti insan haqlarının müdafiəsi sahəsində ən böyük mükafatını – Saxarov mükafatını Çində həbs olunan hüquq müdafiəçisi Hu Jiaya verib. Pekin onun bu mükafata namizədliyinin əleyhinə çıxaraq bildirirdi ki, mükafatın çinli hüquq-müdafiə fəalına verilməsi münasibətlərə təsir edə bilər.
Avropa Parlamentinin prezidenti təqdimat mərasimində deyib ki, onlar bu qərarla Çində insan haqlarının müdafiəsinə açıq dəstək nümayiş etdirirlər.
Çinin Xarici İşlər Nazirliyində bu qərarı ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndiriblər. Nazirlik Hu Jianın cinayət əməlinə görə tutulduğunu deyir.
İnsan haqları, ətraf mühitin qorunması və AİDS xəsətliyinin yaılmasına qarşı fəallardan olan Hu Jia bu ilin aprelində üç il yarım müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG