Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

Azərbaycan Ordusunun əsgəri əsir düşüb


Ermənistan Silahlı Qüvvələri bir Azərbaycan əsgərini əsir götürüblər. Məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi yayıb. Komitə əsgərin oktyabrın 8-dən əsir düşdüyünü bildirir. Əsgərin hansı şəraitdə əsir götürüldüyü bəlli deyil.
Əsir düşən 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğludur. Müdafiə Nazirliyi faktı təsdiqləyib, araşdırma aparıldığını bildirib. Rafiq Həsənov bu ilin aprel ayında Ağdam rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Oktyabrın 16-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı Nümayəndəliyinin əməkdaşları əsgərə baş çəkiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG