Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

İki Azərbaycan hərbçisi intihar edib


Müdafiə Nazirliyinin Kürdəmir rayonundakı «N» saylı hərbi hissəsinin zabiti, leytenant Sərxan Əbdülrəhim oğlu Yəhyazadə xidməti silahı ilə özünə atəş açaraq intihar edib.
Faktla bağlı Tərtər rayon Hərbi Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Neftçala rayon Prokurorluğundan isə bildiriblər ki, Sərhəd Xidmətinin rayonda yerləşən hərbi hissəsinin maliyyə bölməsinin rəisi Anar Nəriman oğlu Cabbarov özünü asaraq intihar edib.

İntihar faktı hərbi hissədən kənarda baş verdiyindən araşdırmanı Neftçala rayon prokurorluğu aparır.
Hər iki məlumatı «Trend» yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG