Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:20

«Rusiya dağılmamış Qarabağ məsələsi həll olunmayacaq»


Politoloq Vəfa Quluzadə

Politoloq Vəfa Quluzadə

Dinlə

Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın əvvəllərində Moskva görüşü keçirilə bilər. Söhbət təbii ki, Qarabağ münaqişəsinin həllinə dair müzakirələrdən gedir.

Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimli hesab edir ki, Rusiyanın münaqişəni həll etmək imkanı var:

«Bu dövlət son dövrlər fəallığını artırmaqla nümayiş etdirmək istəyir ki, yaratdığı problemi özü də həll etməyə qadirdir».

Ekspert düşünür ki, Gürcüstan hadisələrindən sonra beynəlxalq aləmdə Rusiyanın təcavüzkar imici formalaşıb:

«İndi Rusiya bu neqativ imici pozitiv bir hadisə ilə kompensasiya etmək üçün Dağlıq Qarabağda fəallığı artırır».

Politoloq Vəfa Quluzadə isə deyir ki, əslində Rusiya Gürcüstan hadisələrindən sonra ABŞ və Fransanın Qarabağ probleminin həlli məsələsində təkbaşına vasitəçilik etdiklərini, bu işə yavaş-yavaş Türkiyənin də qoşulduğunu, özünün isə kənarda qaldığını görür. Ona görə də prosesdən kənarda qalmanı pərdələyib yenidən sülhməramlı dövlət kimi meydana çıxmaq üçün bu addımları atır:

«Ancaq Rusiyanın təcavüzkar dövlət olması məlumdur. Hesab edirəm ki, Azərbaycan həmin görüşdə iştirak etməməlidir. Rusiya Federasiyası dağılmamış Qarabağ məsələsi həll olunmayacaq. Axırda bu məsələni Amerika beynəlxalq hüquqa əsaslanaraq həll edəcək».

V. Quluzadə hesab edir ki, Rusiya bu problemin əyləcidir:

«Bu dövlətin ən böyük amalı nə hərb, nə sülh vəziyyətinin olmasıdır. O da ki, var. Ona görə də Rusiyanın fəallaşması, təşəbbüsü ələ alması yox, kənara çəkilməsi, vasitəçi olmaması önəmlidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG