Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

Eynulla Fətullayevi təxribata çəkmək istəyirlər


Eynulla Fətullayev məhkəmənin qərarı ilə 8 il 6 ay həbs edilib

Eynulla Fətullayev məhkəmənin qərarı ilə 8 il 6 ay həbs edilib

Jurnalist Eynulla Fətullayevi 12 saylı Cəzaçəkmə Müəssisəsində təxribata çəkmək istəyirlər. Bunu onunla oktyabrın 21-də görüşmüş atası Emin Fətullayev deyir. Onun sözlərinə görə, müəssisənin işçilərinin öyrətdiyi bəzi məhbuslar oğlunu müxtəlif üsullarla təhqir edərək özündən çıxarmağa çalışırlar:
«Eynullanı təxribata çəkməklə onun həbs müddətini uzatmaq istəyirlər».

Emin Fətullayevin sözlərinə görə, bu barədə hələ bir neçə ay əvvəl Penitensiar Xidmətin rəhbərliyinə şikayət etsə də, heç bir ölçü götürülməyib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov isə jurnalistin atasının iddialarını əsassız sayır: «Bu yalandır. Nə Eynullaya, nə də başqa bir jurnalistə qarşı təxribat aparılmır».

Eynulla Fətullayev məhkəmənin qərarı ilə 8 il 6 ay həbs edilib. O, terrorla hədələmədə, mili ədavəti qızışdırmaqda və vergidən yayınmaqda ittiham edilir. Jurnalist özü isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir. Onunla yanaşı iki həmkarı da hazırda həbsdədirlər. Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını tələb edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG