Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:31

Yenidən hamıdan geridə…


Söz azadlığı indeksinə görə, Azərbaycan 173 ölkə arasında 150-ci yerdədir. Ermənistan 88-ci, Gürcüstan 120-cidir

Söz azadlığı indeksinə görə, Azərbaycan 173 ölkə arasında 150-ci yerdədir. Ermənistan 88-ci, Gürcüstan 120-cidir

Azərbaycanda mətbuat azadlığının vəziyyəti Cənubi Qafqaz ölkələri arasında ən pis haldadır. «Sərhədsiz Reportyorlar» təşkilatının ən son açıqladığı hesabatda belə deyilir.
Söz azadlığı indeksinə görə, Azərbaycan 173 ölkə arasında 150-ci yerdədir. Ermənistan 88-ci, Gürcüstan 120-cidir. «Sərhədsiz Reportyorlar» qeyd edir ki, bu il Gürcüstan reytinqdə geriləyib, belə ki, avqust ayında Rusiya ilə münaqişə zamanı bir neçə jurnalist öldürülüb, gürcü jurnalistlərinə hadisələri işıqlandırmağa maneələr yaradılıb .

«Yeni Nəsil» jurnalistlər birliyinin sədri Arif Əliyev «Azadlıq» radiosuna bildirib ki, vaxtilə Qafqazda hərtərəfli güclü qəzetləri olan, «at oynadan» Azərbaycan mətbuatı bu gün Gürcüstandan da, Ermənistandan da geri qalır. Bu geriləmə özünü istər qəzetlərin tirajında, istər elektron KİV-lərin sayında, istərsə də bölgələri əhatə dairəsində göstərir:

A.Əliyev deyir ki, Azərbaycanda mətbuat azadlığını indi Tacikistan və Türkmənistanla müqayisə etmək olar. Onun fikrincə, həbsdə olan jurnalistlər, qanunvericilikdə dəyişikliklərin dayandırılması, diffamasiya məsələsinin ilişib qalması, efirdə plüralizmin olmaması «Sərhədsiz Reportyorlar»ın rəyinə təsir göstərib.

Hesabatda göstərilir ki, 173 ölkə arasında söz azadlığının vəziyyəti ən yaxşı İslandiya, Lüksemburq və Norveçdə, ən pis isə Afrikanın şimal şərq ölkəsi olan Eritreyadadır, daha sonra isə Şimali Koreya və Türkmənistan gəlir.

MDB ölkələri arasında ən yaxşı vəziyyət Ukraynada qeydə alınıb. Mərkəzi Asiya ölkələri siyahıda yenə də geridədirlər. Özbəkistan 162, Türkmənistan 171-cidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG