Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Amerikalı Müşahidəçilər Qrupunu kim maliyyələşdirib?


Bəs seçkinin müşahidəsini sifariş verən, müşahidə qrupunun xərclərini ödəyən kimdir?

Bəs seçkinin müşahidəsini sifariş verən, müşahidə qrupunun xərclərini ödəyən kimdir?

Dinlə

Ölkədə azad və ədalətli, qüsursuz seçkilərin keçirilməsi barədə bəyanat verən təşkilatlarla bağlı cavablanmayan suallar hələ də qalmaqdadır.
«Azadlıq» radiosu «exit-poll» və seçkinin müşahidəsini təşkil edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və «ELS» Araşdırmalar Mərkəzinin maliyyə mənbələrini açıqlamadığı barədə məlumat vermişdi. Hər iki təşkilat seçkilə bağlı müsbət rəylərə imza atıb. Bir qədər sonra məlum oldu ki, eyni üslubda işləyən, yəni mənbəyi açıqlanmayan maliyyə hesabına seçkinin monitorinqini keçirib, sonra «qüsursuz seçki» rəyi verən Amerika təşkilatı da varmış.
Avropa Parlamenti, AŞ PA, ATƏT kimi təşkilatların hesabatında Azərbaycanda seçkidə irəliləyiş olduğu, amma öhdəliklərə tam əməl olunmadığı deyilir. Ancaq Amerikalı Müşahidəçilər Qrupunun hesabatında seçki yalnız təriflənir, həm Bakıda, həm də bölgələrdə qüsursuz, azad və ədalətli seçki keçdiyi, mətbuatın sərbəst olduğu bildirilir.
Amerikalı Müşahidəçilər Qrupunun Azərbaycana kimin dəvəti ilə gəldiyini öyrənmək elə də asan olmadı. Mərkəzi Seçki Komissiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov belə bir müşahidə qrupunu tanımadığını və qurumda qeydiyyatdan keçmədiyini deyir:
«Bizdə Amerikalı Müşahidəçilər Qrupu deyilən təşkilat qeydiyyatdan keçməyib. Yadımda deyil. Biz təşkilatları qeydiyyatdan keçiririk, onların tərkibində qrup ola bilər».
R.Qasımov deyir ki, seçkini müşahidə üçün sifariş verilmir. Azərbaycan qanunlarına uyğun olaraq, MSK, Milli Məclis və Xarici İşlər Nazirliyi tanınan beynəlxalq təşkilatlara dəvət göndərir, onlar da bu dəvət əsasında seçkini müşahidə edirlər.
Amerikalı Müşahidəçilər Qrupunun bəyanatını yayan «Bob Lawrence & Associates» şirkəti ilə əlaqə saxladıqda məlum oldu ki, seçkini müşahidə etmək üçün onları nə Xarici İşlər Nazirliyi, nə də MSK dəvət edib. Təşəbbüs şirkətin öz rəhbərindən, dəvət isə yuxarıda adı çəkilən AVCİYA-dan gəlib.
Politoloq İlqar Məmmədov Amerikalı Müşahidəçilər Qrupunun missiyasına şübhəylə yanaşır, deyir ki, bəzi missiyalar seçkiyə başqa məramla gəlirlər. Politoloq elə bir yenilik olmadığını, əvvəlki seçkidə də belə missiyalardan istifadə olunduğunu xatırladır:
«2005-ci ildə «Mitofski İnternational» da gəlmişdi, sonra Mitovski ölümündən əvvəl etiraf etdi ki, seçki ədalətsiz keçib».
Mitofski həmin etiraf məktubunda onu ölkəyə dəvət edən «Renessans Associates» şirkətinin və yerli partnyor AVCİYA-nın «exit-poll» nəticələrini rəsmi nəticələrə uyğunlaşdırması üçün ona təzyiq göstərdiyini yazmışdı.
Builki seçkidə maraqlı bəyanatlarla çıxış edən Amerikalı Müşahidəçilər Qrupunun rəhbəri Bob Lourens həm də həmin «Renessans Associates» şirkətinin təmsilçisi imiş.
Bəs seçkinin müşahidəsini sifariş verən, müşahidə qrupunun xərclərini ödəyən kimdir?
Bob Lourens «Azadlıq» radiosuna deyir ki, bu, Azərbaycan hökuməti deyil:
- Cənab Lourens, Azərbaycana səfərin, müşahidələrin xərci məsələsini necə həll etdiniz?
- Bir hissəsini özüm ödədim. Qalan hissəsini isə bu işdə marağı olan, keçmişdə də bizə köməyi dəyən biznesmenlər ödədi.
- Kimdir o bisnesmenlər?
- Onlar keçmişdə də «Renessans Associates»lə birgə işləmiş, Azərbaycanda cəmiyyətin inkişafında marağı olan adamlardır.
Cənab Lourens müşahidəçilərin xərcini çəkmiş biznesmenlərin adını açıqlamadı, dedi ki, sonra bəzi adamlar həmin sahibkarlara zəng edib pul istəyə bilərlər. Lourensin dediyinə görə, Azərbaycanda seçkini müşahidə missiyası üçün 50 min dollar xərcləyib. Bob Lourens bunu Azərbaycanın inkişafında çox böyük marağıyla izah etdi.
Xatırladaq ki, söhbət ən azı 40 amerikalı müşahidəçinin Azərbaycana gəlişi və gedişi, otel və nəqliyyat xərclərindən gedir.
B.Lourens dəfələrlə vurğuladı ki, amerikalı müşahidəçilərin Azərbaycana səfəri üçün Azərbaycan hökuməti pul xərcləməyib:
«Heç vaxt hökumətdən pul istəməmişəm».
Amma «Bob Lawrence & Associates»in internet səhifəsində bu şirkətin müştəriləri arasında Azərbaycanın Respublikasının da adı var. Həm də Azərbaycan şirkətin yeganə beynəlxalq müştərisi kimi göstərilib.

Amerikalı Müşahidəçilər Qrupunun bəyanatında deyilir ki, məşhur, təcrübəli, tanınmış amerikalılardan ibarət 40 nəfərlik missiya 200-dən artıq məntəqəni müşahidə edib:

«AMQ-nun gördükləri azad və ədalətli seçkilərin göstəriciləridir. Seçki prosesini həyata keçirən adamlar işinə sadiq və professionaldırlar…AMQ tam şəffaflıq və ədalət müşahidə etdi ki, bu da çox ruhlandırıcı idi».

Şərhləri göstər

XS
SM
MD
LG