Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:34

Əyalət gənclərinin hansı problemləri var?


«Azərbaycanda şəhər və kənd arasında böyük fərq var»
«Azərbaycanda şəhər və kənd arasında böyük fərq var»
Dinlə

Əyalət gənclərinin hansı problemləri var? «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonaqları - Azərbaycanın bölgələrinə səfərdən qayıdan gənclər bu suala cavab veriblər.

Hüquqşünas Erkin Qədirlinin sözlərinə görə, bu təklif Bərdədə layihə koordinatoru olan Soltan Hacıyevdən gəlib:

«Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar Bərdə və Tərtərdə forum keçirdik. Gənclərlə çox maraqlı və faydalı görüşümüz oldu».

E.Qədirli deyir ki, səfər etdikləri rayonların yalnız mərkəzində internet var. Ucqar kənddə yaşayan gənc üçün internet fantastik bir şeydir:

«Rayonun mərkəzindəki internet xidmətləri də çox aşağı səviyyədədir. İnternetin sürəti zəifdir, tez-tez işıq sönür və s.»

«Dalğa» Gənclər Hərəkatının rəhbəri Vəfa Cəfərova isə bölgələrdə üzləşdikləri işıq, qaz, yol və işsizlik problemindən söz açdı:

«Bundan sonra bölgə gəncləri ilə silsilə görüşlər keçirəcəyik. Onların problemləri ilə daha yaxından tanış olmaq niyyətindəyik. Tərtərdə qadınlarla bağlı bir proqram həyata keçirəcəyik».

Verilişin digər qonağı – Rəşad Şirinovun fikrincə, Azərbaycanda şəhər və kənd arasında böyük fərq var:

«İnkişaf etmiş ölkələr az inkişaf etmiş ölkələrdə maraqlı layihələr həyata keçirirlər. Müxtəlif könüllülər dəstələri bölgələrə səfərlər edir, insanlara kompyuter, ingilis dili öyrədirlər. Amma mən təklif edirəm ki, özümüz özümüzə kömək edək. Azərbaycanın xaricdə təhsil alan savadlı gəncləri yay tətillərində ölkəyə qayıdıb, bölgələrə səfər etsinlər. Məsələn, Tərtərin Kolanı kəndində ingilis dili dərsi versinlər, həyat təcrübələrini bölüşsünlər. Məncə, bunun çox böyük faydası olar».
XS
SM
MD
LG