Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:39

BMT İranda insan haqlarının vəziyyətindən narahatdır


BMT baş katibi İranda qadınların da hüquqlarının pozulduğunu deyib
BMT baş katibi İranda qadınların da hüquqlarının pozulduğunu deyib
Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun İranda insan haqlarının vəziyyətindən narahat olduğunu bildirib. Onun bəyanatında deyilir ki, İranda bahaizm dini azlıq nümayəndələrinin çoxsaylı hüquqları pozulur. Bahailər ədalətsiz məhkəmə qərarları, mülkiyyətlərini məhv edilməsi ilə üzləşir, ali təhsil almalarına imkan verilmir.
BMT baş katibi eyni zamanda İranda qadınların da hüquqlarının pozulduğunu, bu sahədə təcili islahatların aparılmasına ehtiyacın olduğunu deyib.

İranda ən böyük etnik azlıq olan azərbaycanlıların da hüquqları pozulur. Ana dilində təhsil və tarixi-mədəniyyət günlərinin keçirilməsini istəyən azərbaycanlı fəallar həbs edilir, təqiblərə məruz qalır. Beynəlxalq insan hüquqları təşkilatları fəalların həbsini pisləyir və onları vicdan məhbusu elan edib.
XS
SM
MD
LG