Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:10

Sahibkar dövlət əleyhinə çağırış ittihamı ilə həbs edilib


Zaqatala rayonunda dövlət əleyhinə çağırışlarda ittiham edilən sahibkar Hacıbəy İbrahimov və daha iki nəfər həbs edilib. Onlar hüquq-mühafizə orqanlarının keçən həftə keçirdikləri xüsusi əməliyyat zamanı həbs olunublar.
Rayon prokurorluğunda belə məsələləri Milli Təhlükəsizlik Nazirliyinin araşdırdığını deyərək, bu hadisəni şərh etməkdən imtina ediblər. Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzi də bu barədə onlarda məlumat olmadığını bildirib.
Bu arada Zaqatala rayonunda məlumatlı mənbələr bildiriblər ki, İbrahimov Azərbaycanın şimal-qərb bölgəsində «Zaqatala-Balakən Respublika»sının yaradılması çağırışları ilə vərəqələr payladığına görə, həbs edilib. Həbs edilən zaman ondan analoji vərəqələr müsadirə edilib.
Hacıbəy İbrahimov və həbs edilmiş digər iki şəxs Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə ittiham olunur. Bu maddə hakimiyyətin zorla devrilməsi və ya konstitusiya quruluşunun dəyişdirilməsinə çağırış və ya Azərbaycanın ərazi bütövlüyünə qəsdə görə cinayət məsuliyyəti nəzərdə tutur.
H.İbrahimov bir sıra biznes-qurumların, o cümlədən, istirahət zonası, tütünçülük təsərrüfatı və ticarət obyektlərinin sahibidir.
/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG