Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Sıravi əsgərləri döyən iki zabitin həbsi xəbəri təsdiqləndi


 Əsgərlərin döyülməsinə dair video-çəkiliş oktyabrın 4-də internetdə yayılıb

Əsgərlərin döyülməsinə dair video-çəkiliş oktyabrın 4-də internetdə yayılıb

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Mətbuat Xidməti oktyabrın 20-də zabitlər Vüqar Ağayev və Eldəniz Rəhimovun sıravi əsgərləri kütləvi şəkildə döydüklərinə görə, həbs edildiklərini təsdiq edib. Döyülmə mobil telefonun video-kamerası ilə çəkilib və internetdə yayılıb.

Məlum olub ki, hadisə Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən hərbi hissəsində baş verib.

Daxili Qoşunların Mətbuat Xidmətindən onu da bildiriblər ki, faktla bağlı cinayət işi açılıb və istintaq aparılır. Hərbi hissə komandiri və onun müavini tutduqları vəzifədən azad edilib. «Bu hadisə Daxili Qoşunların nüfuzuna zərbə olub», - deyə Mətbuat Xidmətinin nümayəndəsi bildirib.

Əsgərlərin döyülməsinə dair video-çəkiliş oktyabrın 4-də internetdə yayılıb. Qeyri-rəsmi məlumatlara görə, ölkə rəhbərliyi hadisənin araşdırılması və günahkarların cəzalandırılması haqda göstəriş verib. /Turan/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG