Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:53

«Qarabağ münaqişəsi ilin sonuna həll edilə bilər»


«Hələ də müharibə çağırışları ilə danışan adamlar var»

«Hələ də müharibə çağırışları ilə danışan adamlar var»

Dinlə

ABŞ Dövlət katibinin müavini Daniel Frid «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində deyir ki, bu ilin sonuna qədər Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistanın real razılaşma əldə etməsi mümkündür:
- Bəli, bu, mümkündür. Amma mümkün olması o demək deyil ki, bu, mütləq baş verəcək. Hər iki tərəfdən çox çətin qərarlar verilməlidir. Əgər bu münaqişəni həll etmək asan iş olsaydı, indiyə qədər çoxdan həll olunardı. 2001-ci ilin ilk həftələrində prezident Buş Heydər Əliyev və Robert Koçaryanı qəbul edib münaqişənin həlli yollarını tapmağa çalışdı. Məncə, fevralda Ki-Vestdə Dövlət katibi Kolin Pauel bu işi davam etdirdi. ABŞ-ın indiki hökuməti hələ ilk günlərindən buna cəhd etdi. Nəticə əldə olunmadı. Amma biz, bu işi bir tərəfə atmadıq. Minsk Qrupunda fransalı və rusiyalı həmsədrlərlə birlikdə bu problemin həlli istiqamətində işləməkdə davam etdik. Biz hesab edirik ki, problemin həlli mümkündür. Amma yenə qeyd edirəm ki, mümkün olması o demək deyil ki, problem mütləq həll olunacaq.
- Bu ilin sonuna qədər?
- Mən buna ümid edirəm. Bu, əla olardı.
D.Frid müharibə çağırışlarına dair sualları da cavablandırıb. ABŞ rəsmisi bildirir ki, Qarabağ münaqişəsinin hərbi yolla həllinə cəhd olunması təhlükəsi həmişə qalır:
- Məncə, təhlükə hər zaman qalır. Çünki Gürcüstandakı müharibə hər kəsə göstərdi ki, vəziyyət nə qədər təhlükəlidir. Hələ də müharibə çağırışları ilə danışan adamlar var. Amma müharibə zarafat iş deyil. Bu, çox, lap çox pis yoldur. Məncə, məsuliyyətli adamlar bunu başa düşürlər. Ona görə də indi Qarabağ münaqişəsinin həllində müzakirələrdən daha çox danışmaq lazımdır, nəinki müharibə çağırışlarından.
Ermənistan prezidentinin türkiyəli həmkarını ölkəsinə dəvət etməsini cəsarətli addım hesab edən Daniel Frid deyir ki, bu, erməni xalqının öz qonşuları ilə sülh şəraitində yaşamaq maraqlarına uyğun bir hərəkət idi. Hər nə qədər qeyri-populist hərəkət olsa da, Ermənistan prezidenti bu cür addımları öz ölkəsində - müxalifətlə münasibətlərdə, siyasi islahatlar və demokratiya quruculuğu sahəsində də atmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG