Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:00

Varlılar da ağlayırmış


İndi Deripaskanın «Norilsk Nikel»dəki payının qiyməti vur-tut 2 milyard yarım dollara düşüb

İndi Deripaskanın «Norilsk Nikel»dəki payının qiyməti vur-tut 2 milyard yarım dollara düşüb

«Rusiyadakı oyunlar dünyada keçmir». Bunu «İnternational Herald Tribune» qəzetinə bir rusiyalı bankir deyib. Söhbət Rusiya varlılarının indiki dünya iqtisadi böhranında itkilərindən gedir. «Bloomberg» iqtisadi xəbərlər agentliyi hesablayıb ki, «Forbes» jurnalının dünyanın ən varlı adamları siyahısında olan 25 Rusiya oliqarxı indiki böhranda 230 milyard dollar itiriblər.
«Forbes» jurnalında olan Rusiya milyardçılarının yarısı gələn ilə bu siyahıdan çıxa bilər». Bunu isə «Forbes»in Moskvada rus dilində çıxan variantının redaktoru Maksim Xaşulinski deyir.
Rusiya oliqarxlarına dəyən ziyanın səbəbi təkcə dünyadakı iqtisadi böhranla bağlı metalın, neftin və səhmlərin qiymətinin düşməsi deyil. Keçən həftə bu ölkənin Mərkəzi Bankı hesabat verib ki, ölkə şirkətləri bu il xarici banklara 47 milyard dollar, gələn il isə 160 milyard borc faizi qaytarmalıdırlar. Məsələn, Rusiyanın ən varlı adamı Deripaska elə bu yaxınlarda - aprel ayında «Raiffeisenbank»dan 500 milyard avro borc almışdı ki, «Norilsk Nikel» şirkətində 25 faiz pay alsın və özünün Avstriyadakı tikinti şirkətini maliyyələşdirsin. İndi Deripaskanın «Norilsk Nikel»dəki payının qiyməti vur-tut 2 milyard yarım dollara düşüb, Avstriyada da tikinti getmir.
May ayından – böhran başlanandan var-dövləti ən çox azalan Rusiya oliqarxı Vladimir Lisindir. 11 milyard dollar itirən Lisin metal maqnatıdır. Digər metal və dağ-mədən maqnatı Vladimir Potanin 11 milyarda yaxın itirib. Təxminən o qədər itirən Rusiyanın ən varlı adamı Deripaska artıq «Rosneft»i almaq planından əlini üzə bilər.
«Lukoyl»un prezidenti Vahid Ələkbərovun var-dövləti 8 milyard dollar azalıb. V.Ələkbərov «Lukoyl»un səhmlərinin yarıbayarı azalmasından istifadə edib, əlavə səhmlər almaq istəyir, ancaq buna pulu hardan alacaq? Xarici banklardanmı?
Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayev də deyir ki, ölkə bankları xarici banklardan yüksək faizlə borc alırdılar. Dünyadakı maliyyə böhranının Azərbaycan banklarına və oliqarxlarına təsiri nə olub? İqtisadi Tədqiqatlar Mərkəzinin təhlilçisi Azər Mehtiyev deyir ki, Azərbaycanda bu sahədə məlumatsızlıq hökm sürür. Çünki oliqarxların çoxu elə dövlət məmurlarıdır. Ancaq Milli Bankın məlumatına görə, ölkə bankları xaricdən 2,5 milyard dollar vəsait cəlb ediblər. Azərbaycanda bank dövriyyəsinin 6 milyard dollar olmasını nəzərə alanda bu çoxdur. Yəni dünya maliyyə böhranı Azərbaycana təsir edə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG