Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:17

Həyat yoldaşı jurnalistin döyüldüyünü deyir


Rəna Zahidova bütün hüquq müdafiəçilərini və KİV-ləri həyat yoldaşını müdafiə etməyə çağırır

Rəna Zahidova bütün hüquq müdafiəçilərini və KİV-ləri həyat yoldaşını müdafiə etməyə çağırır

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan satirik-şair Mirzə Sakit döyülüb.

Bu barədə onun həyat yoldaşı Rəna Zahidova oktyabrın 20-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, oktyabrın 18-də jurnalist vaxtından əvvəl Ədliyyə Nazirliyinin müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə köçürülüb. Elə həmin gün onun saçını qırxmaq istəyiblər. Jurnalist doğum günündə bunu etməməyi xahiş edib. Lakin, nəzarətçilər onu qandallayıb, döyüblər və bu zaman böyrəklərinə ağır zərbələr vurublar.
Rəna Zahidova bütün hüquq müdafiəçilərini və KİV-ləri həyat yoldaşını müdafiə etməyə və ona qarşı fiziki zorakılıq törətmiş şəxsləri cəzalandırmağı tələb etməyə çağırıb.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva məsələ ilə bağlı ədliyyə nazirinə müraciət etməyi və oktyabrın 21-də piket keçirmək təklif edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində Mirzə Sakitin döyülməsi haqda məlumatı təkzib ediblər.

Mirzə Sakit narkotik saxlama ittihamı ilə 2006-cı ildə üç il müddətinə azadlıqdan məhrum edilib. Satirik-şair isə həbsinin siyasi sifariş olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hökumətindən onun və həbsdə olan digər iki jurnalistin azadlığa buraxılmasını tələb edirlər. / Turan /

Günün bütün mövzuları

XS
SM
MD
LG