Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:51

Keçmiş dövlət katibi Kolin Pauel Obamanı dəstəklədi


Buş hökumətində vaxtilə dövlət katibi işləmiş Kolin Pauel prezident seçkisində demokratların namizədi Barak Obamanı dəstəklədiyini bildirib.
Pauel bunu Amerikada bir televiziya proqramında çıxışında deyib:
«Obama həm məzmunludur, həm də özünəməxsus üslubu var. O, müvəffəqiyyətli və prezident olmaq üçün standartlara uyğun gəlir. Məncə, o, dünya səhnəsinə çıxmaq üçün yeni nəslin nümayəndəsidir. Buna görə də mən senator barak Obamaya səs verəcəyəm».
Respublikaçıların namizədi Con Makkeyn də sonradan televiziya ilə çıxışında Pauelin qərarına hörmətlə yanaşdığını deyib və əlavə edib ki, onsuz da yerdə qalan dörd dövlət katibi onu dəstəkləyir.

Sonuncu rəy sorğuları göstərir ki, Obama hələ də nüfuzunda görə Makkeyni qabaqlayır. Prezident seçkisi noyabr ayının 4-də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG