Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:39

Bağdadda Amerika əleyhinə nümayiş keçirilib


«Əs-Sədr» şiə hərəkatının on minlərlə tərəfdarı «Amerikaya yox!» və «İşğala yox!» şüarları ilə küçələrə çıxıblar.

Aksiya iştirakçıları İraq parlamentini ABŞ-la strateji tərəfdaşlıq haqqında sazişi təsdiqləməməyə çağırıblar. Yeni razılaşma ilə Amerika qoşunları azı 3 il də İraqda qalacaq.

Hazırda İraqda 144 min Amerika hərbçisi var.
XS
SM
MD
LG