Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:11

Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib


Türkiyə, Avstriya, Yaponiya, Meksika və Uqanda BMT Təhlükəsizlik Şurasının üzvü seçiliblər.

İran və İslandiya da daxil olmaqla 5 yer uğrunda 7 ölkə mübarizə aparırdı.

192 ölkənin birləşdiyi BMT-də hər il Təhlükəsizlik Şurasının 5 üzvü dəyişir, onlar ikiilliyə seçilir.

Təhlükəsizlik Şurasının 15 üzvü var, onlardan 5-i daimidir. Bunlar ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çindir. Bu ölkələrin veto qoymaq hüququ var.

Günün bütün mövzuları

XS
SM
MD
LG