Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Prezidentliyə namizədlər 28 min manatı geri qaytarmalıdırlar


Hələlik 3 faizlik baryeri namizədlərdən yalnız İlham Əliyev aşıb

Hələlik 3 faizlik baryeri namizədlərdən yalnız İlham Əliyev aşıb

«Bizim yol» qəzeti:

Prezident seçkilərində iştirak edən namizədlər 3 faizlik baryeri aşmayacaqları təqdirdə MSK-nın onlara ayırdığı 28 min manatı geri qaytarmalıdırlar. Əks halda, qanun quruma məhkəməyə müraciət etmək səlahiyyəti verir. Rəsmi nəticələr açıqlanmasa da, MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, hələlik 3 faizlik baryeri namizədlərdən yalnız İlham Əliyev aşıb. Yerdə qalan 6 nəfərin içərisində ən yüksək səs faizi İqbal Ağazadəyə məxsus olsa da, onun da səsləri 3 faizi keçməyib...

28 min manat Azərbaycan reallığında nəinki birotaqlı evin, heç boş bir sinif otağının dəyəri deyil. Təkcə Təhsil Nazirliyinin inşa etdiyi və heç bir avadanlıqla təchiz edilməyən sinif otaqlarının dəyəri azı iki dəfə bu məbləğdən çoxdur. Deməli, yarım sinif otağının dəyərində təbliğat kampaniyası quran namizədin seçiləcəyini iddia etməsi həqiqətən də gülməlidir.

O ki qaldı 28 min manatın namizədlərdən geri istənilməsinə, bu, artıq gülüş yox, bir acıma hissi yaradır insanda. Necə olur, bu adamlar hər şeyi gözlərinin altına alıb seçkidə əsas namizədə rəqib olurlar, amma onlara heç 3 faizlik baryeri aşmaq imkanı da verilmir ki, 28 min manatı da qaytarası olmasınlar?!...


«525-ci qəzet»:

Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyası (ACP) prezident seçkilərində qalib gəlməsi münasibəti ilə İlham Əliyevə təbrik məktubu göndərib.

Bu məlumatı «525»ə partiyanın mətbuat xidməti verib. Təbrik məktubunda hələ seçkilərdən əvvəl İlham Əliyevin prezident seçilməsinə heç bir şübhənin olmadığı bildirilir.

Partiya rəhbərliyi yeni prezidentin demokratik əsaslarla seçildiyini bildirib, bu münasibətlə ona uğurlar arzulayıb.


«Yeni Azərbaycan» qəzeti:

Azərbaycanın Vaşinqtondakı səfirliyində təşkil edilmiş seçki məntəqəsində oktyabrın 16-da Bakı vaxtilə səhər saat 4-də səsvermə başa çatıb.

Məntəqə seçki komissiyasının sədri Əli Qarayevin verdiyi məlumatda bildirilir ki, seçici siyahısında olanların 79 faizi səs verib. Bundan əlavə, ezamiyyət və məzuniyyətlə bağlı ABŞ-da səfərdə olan daha 9 nəfər Azərbaycan vətəndaşı səsvermədə iştirak edib.

Məntəqə üzrə səsvermənin nəticələrinə görə, prezidentliyə namizəd İlham Əliyev ən çox – 97.7 faiz səs toplayıb.


«Yeni Müsavat» qəzeti:

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirən Sədərək gömrük məntəqəsində qarşıdurma baş verib. Türkiyədən Naxçıvana keçən avtobusların sərnişinləri yolu bağlayıblar. Bu barədə muxtar respublikadakı mənbə xəbər verib...
Mənbə bildirir ki, gətirilən kartof, soğan və digər məhsulların hər kilosuna 20 qəpik pul alınması camaatın səbir kasasını doldurub:

«Səhər saatlarında İqdır-Naxçıvan marşrutu üzrə hərəkət edən iki avtobus gömrük yoxlamasından keçərkən sərnişinlərdən ənənəvi olaraq əşyaları yerə boşaltmağı tələb ediblər. Onlardan birinin 25 kiloqramlıq kartof səbətinə görə ondan 5 manat pul istənilib. O, da bildirib ki, cibində vur-tut iki manatı var. Həmin şəxsin yalvarışlarının da xeyri olmayıb. Gətirdiyi kartof səbətini əlindən alıb anbara atıblar. Bundan sonra Hüseyn adlı həmin şəxslə gömrük işçiləri əlbəyaxa olublar. Bu özbaşınalığa etiraz edən digər sərnişinlər də baş verən olaya müdaxilə ediblər. İnsident böyüyüb. Nəticədə sərnişinlər yerə oturaraq yolu bağlayıblar və Sədərək gömrükxanasının işi iflic olub. Bir qədər keçmiş isə hadisə yerinə Sədərək və Şərur Rayon Polis idarələrinin əməkdaşları gəliblər. Məhz polisin təzyiqindən sonra yol açılıb»…

Günün bütün mövzuları

XS
SM
MD
LG