Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:17

Orxan Pamuk türk hökumətini ittiham edir


«Türkiyə dövləti yazıçıları cəzalandırmaqda davam edir və kitabların satışına qadağa qoyur»,- deyə Nobel mükafatı laureatı, məşhur Türkiyə yazıçısı Orxan Pamuk Frankfurt kitab yarmarkasının açılış mərasimində bildirib.
Yazıçı deyir ki, hakimiyyət onları qorxutmağa çalışır:

«Sərt senzura fəaliyyət göstərir. Yüzlərlə türk yazıçısı və jurnalisti «milləti təhqir etdiyinə görə» məhkəmə qarşısında durub».
Yazıçı həmçinin siyasi səbəblərlə bu ilin mayında YouTube videosaytına və bir sıra digər xarici vebsəhifələrə çıxışı bağladığına görə, Türkiyə hakimiyyətini tənqid edib.
Əvvəllər Orxan Pamuk türk millətini tənqid etmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Keçən il o, Türkiyəni tərk edib və hazırda ABŞ-da yaşayır.
XS
SM
MD
LG