Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:03

«Qarabağ danışıqlarının bərpası üçün yeni imkan açıldı»


«Bu, o deməkdir ki, liderlər bir masa ətrafında əyləşə və diqqətlərini daxili məsələlərə deyil, Qarabağ danışıqlarına yönəldə bilərlər»
«Bu, o deməkdir ki, liderlər bir masa ətrafında əyləşə və diqqətlərini daxili məsələlərə deyil, Qarabağ danışıqlarına yönəldə bilərlər»
«İlham Əliyevin yenidən prezident seçilməsi Qarabağ danışıqlarının bərpa olunması üçün yeni imkan açır». «Azadlıq» radiosuna müsahibəsində Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabin Freyzer belə deyib. Onun sözlərinə görə, yaxın müddətdə regionda seçki gözlənilmir:
«Bu, o deməkdir ki, liderlər bir masa ətrafında əyləşə və diqqətlərini daxili məsələlərə deyil, Qarabağ danışıqlarına yönəldə bilərlər».
İlham Əliyev bir neçə gün əvvəl hökumətin iclasında deyib ki, Ermənistanı təcrid siyasətini davam etdirəcəklər. «Sizcə, belə sərt mövqe Azərbaycanın güzəştlərə hazır olmadığını göstərmirmi» sualının cavabında xanım Freyzer deyib ki, kompromislərə getmək asan məsələ deyil. Əsas odur ki, tərəflər güzəştlərin nəzərdən keçirilməsinin mümkünlüyünü bildirirlər:
«O ki qaldı Azərbaycanın Ermənistanı təcriddə saxlamaq siyasətinə, nə bu, nə də Qarabağ erməniləri ilə bütün növ kontaktlardan imtina düzgün siyasət deyil».
S.Freyzer hesab edir ki, danışıqlarda irəliyə getmək üçün bunun əksini etmək lazımdır, bu yolla Ermənistanın da müəyyən güzəştlərə getməsinə nail olmaq olar.
«Bəziləri düşünür ki, Qərbə Azərbaycanda zəif müxalifət sərf edir, bu halda hökumətin Qarabağ məsələsində güzəştlərə getməsi daha asan ola bilər. Bu fikirlə razısınızmı» - sualını cavablandıran xanım Freyzer deyib ki, belə bir halın mövcudluğuna inanmır. Amma onun fikrincə, Azərbaycan hökumətinin xalqa danışıqların gedişi haqda tam və dəqiq məlumat verməsi, eləcə də əhalini nəzərdən keçirilə bilən bütün güzəştlər haqda məlumatlandırması çox mühümdür. «Bu halda xalq münaqişənin həlli haqqında özü qərar verə bilər», – deyə S.Freyzer bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG