Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01

Qaçaqmal yolu ilə silah gətirən maşın saxlanılıb


Dövlət Yol Polisinin Bakı-Qazax yolunun 343-cü kilometrliyində yerləşən 723 saylı Zazalı stasionar postunun əməkdaşları Bakı istiqamətinə hərəkət edən «KamAZ» markalı yük avtomaşınından külli miqdarda silah-sursat tapıblar. Maşının saxlanc yerindən Rusiya, Türkiyə və ABŞ istehsalı olan 157 ədəd ov silahı, 26 qutu müxtəlif çaplı patron, 10 qutu piston və 3 qutu ov tüfənginin ehtiyat hissələri aşkar edilib.
Məlum olub ki, aşkarlanan silah-sursat Azərbaycana Gürcüstan vasitəsi ilə Türkiyədən gətirilib.

Gəncə şəhər polisindən APA-ya bildiriblər ki, silah gətirən şəxslər saxlanılıblar. Onların barəsində cinayət işi başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG