Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:02

Solana: «Seçkilərdəki irəliləyişi alqışlayıram»


Solana: «Sakit və qaydasında keçən seçkilər çox yaxşı təşkil olunmuşdu»

Solana: «Sakit və qaydasında keçən seçkilər çox yaxşı təşkil olunmuşdu»

Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Havier Solana oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
«Azərbaycanda keçirilən prezident seçkilərindəki irəliləyişi alqışlayıram. Sakit və qaydasında keçən seçkilər çox yaxşı təşkil olunmuş, Seçki Məcəlləsinə edilən əlavələr müxalif namizədlərə daha ədalətli şərait yaradırdı».

Öz bəyanatında Solana həmçinin deyir ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərinin həyata keçirilməsi üçün bir sıra zəruri addımlar atmalıdır. Bu addımlar xüsusilə siyasi plüralizmin təşviq olunması, ədalətli seçki mühitinin, daha böyük mətbuat azadlığının yaradılması, azad və sərbəst seçki debatlarının keçirilməsi və səslərin şəffaf şəkildə sayılması istiqamətində olmalıdır.

Havier Solana bildirir ki, Avropa Birliyi gələcəkdə də Az'rbaycanda demokratik institutları dəstəkləməyə və Yaxın Qonşuluq Siyasəti çərçivəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
XS
SM
MD
LG