Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:56

Silahla ehtiyatsız davranma əsgərin ölümünə səbəb olub


Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidməti Naftalanda yerləşən N saylı hərbi hissədə əsgərin həlak olması faktını təsdiqləyib. MN Mətbuat Xidmətinin rəisi Eldar Sabiroğlunun «Turan»a verdiyi məlumata görə, hadisə silahla davranış zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində baş verib.
Onun sözlərinə görə, Sabirabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Cahangir İşıqovun əlindəki avtomat silahın açılması nəticəsində əsgər Əbdüləhəd Şahbazov həlak olub. Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG