Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

«Qərəzli yanaşmaya fikir verməyəcəyik»


«Əgər müxalifət Azərbaycan cəmiyyətində bundan sonra da iştirak etmək, mövcud olmaq istəyirsə, seçkilərə mütləq qatılmalıdır»

«Əgər müxalifət Azərbaycan cəmiyyətində bundan sonra da iştirak etmək, mövcud olmaq istəyirsə, seçkilərə mütləq qatılmalıdır»

«Bu seçkiyə qərəzli yanaşmaya biz sadəcə fikir verməyəcəyik».

Prezidentin İcra Aparatının (PİA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov beynəlxalq müşahidə missiyasının seçki ilə bağlı ilkin rəyini açıqlamamışdan əvvəl jurnalistlərə belə deyib. O, beynəlxalq müşahidəçiləri seçkinin dünya standartlarına uyğunluğunu qiymətləndirməyə çağırıb:
«Azərbaycan xalqının keçirdiyi, kütləvi şəkildə iştirak etdiyi və nəticəsini də onun səsinin müəyyən etdiyi seçkiyə heç kimin şübhə ilə yanaşmağa haqqı yoxdur. Azərbaycan xalqı üçün legitim olan hər şey digər institutlar üçün də legitim olmalıdır. Əks təqdirdə, o institutların bizim üçünü fəaliyyəti heç nəyə bərabər deyil».
Beynəlxalq müşahidə missiyasında seçkilə bağlı ikili mövqenin olması barədə xəbərlərə toxunan Ə.Həsənov «ya ortaq rəy olmalı, ya da başqa cür düşünənlər öz qiymətləndirmələrini ayrıca bildirməlidirlər», - deyib.
PİA rəsmisi düşünür ki, beynəlxalq müşahidə missiyası ədalətli olsa, rəy tamamilə müsbət olacaq:
«Çünki həm Avrorpa Şurası, həm Avropa Parlamenti, həm ATƏT-i, həm də ayrı-ayrı ölkələri təmsil edən müşahidəçilər müşahidə etdikləri məntəqələrdə seçkinin tam demokratik keçdiyini qeyd ediblər. Əgər bu gün burada hansısa siyasətin, hansısa yanaşmanın nəticəsi olaraq mənfi rəy olacaqsa, biz əvvəlcədən bu rəyi qəbul etməyəcəyik və ona mənfi yanaşacağıq».
Əli Həsənov bəzi beynəlxalq qurumların seçkilərə ikili standartlarla yanaşdığını deyir:
«Hansısa dövlətə təsir vasitələrini saxlamaq üçün bu və ya digər məsələlərə fərqli yanaşmalar nümayiş etdirirlər. Biz neçə illərdir buna rast gəlirik».
PİA-nın rəsmisi Azərbaycandakı prezident seçkisinin son vaxtlar Cənubi Qafqazda baş tutan prezident seçkilərinin hamısından yüksək səviyyədə keçdiyini bildirib:
«Həmin seçkilərə verilən qiymətləri də, ordakı seçkinin vəziyyətini də, Azərbaycandakı durumu da bilirik».
Cənab Həsənov bəzi müxalifət qüvvələrinin seçkini boykot etməsinə də münasibət bildirib:
«Bu, bizim günahımız deyil. Prezident İlham Əliyevin 88 faiz səs toplaması, ümumxalq dəstəyinə malik olması və bunun nəticəsi olaraq müxalifətin bilərəkdən seçkiyə qatılmaması, uduzacaqlarını bilməsi bizim günahımız deyil. Əgər Azərbaycan xalqı bir insanı dəstəkləyirsə, bu, ona günah kimi yazıla bilməz».
O, hesab edir ki, boykotçu müxalifət bundan sonrakı seçkilərdə iştirak etməlidir:
«Əgər müxalifət Azərbaycan cəmiyyətində bundan sonra da iştirak etmək, mövcud olmaq istəyirsə, seçkilərə mütləq qatılmalıdır. Qatılmayacaqsa, onun yerini seçkiyə qatılan müxalifət tutacaq. Biz də dövlət olaraq institusional əməkdaşlığımızı bu partiyalarla edəcəyik».
Hökumətdə hansısa dəyişikliklərin olacağı barədə suala toxunan Ə.Həsənov «Bu, canab prezidentin hüququdur. İnaqurasiyadan sonra o öz münasibətini bildirəcək», - deyib.
XS
SM
MD
LG