Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Bu yol bizi hara aparır?


«Can Bakı» proqramının qonaqları - filosof Rəhman Bədəlov və şair Rüstəm Behrudi
«Can Bakı» proqramının qonaqları - filosof Rəhman Bədəlov və şair Rüstəm Behrudi
Dinlə

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonaqları - tanınmış filosof Rəhman Bədəlov və ünlü şair Rüstəm Behrudi ilə bu suala cavab tapmağa çalışdıq.
Rəhman Bədəlovun fikrincə, hansı yolla gedəcəyimizi düşünən insanlar seçir: «Söhbət ondan getmir ki, hamı filosofların dediyini etməlidir. Məsələ bundadır ki, müxtəlif düşüncəli adamların inteqralı yaranmalıdır. Cəmiyyətdə təzadlar olmalıdır ki, o fikirlər açıq, azad səslənsin. Bu fikirlər məxrəcdə birləşib, yol göstərməlidir. Amma bu yolla həmişə gedə bilməzsən. Əgər bu yolu daim təhlil edə bilərsənsə, yolunu davam edəcəksən».

«Bu nə yoldur gedirəm» şeirinin müəllifi Rüstəm Behrudi isə mövzuya fərqli yanaşır. Onun fikrincə, dünya nə qədər surətlə qloballaşmağa doğru gedirsə, insan da bir o qədər tənhalaşmağa doğru gedir: «Məncə, insan cəmiyyətdən ayrı yaşaya bilər. Fəlsəfədə belə bir anlayış var - özü özündə bir şey olmaq. İnsan özü-özündə bir şeydir. Hətta Allahla, ətraf mühitlə əlaqəsi kəsilsə belə, yaşaya bilər. Yəni, hər bir insan özü getdiyi yolu seçməlidir».

Rüstəm Behrud demokratik quruluşu qəbul etmir: «Təsəvvür edin ki, bir ölkədə seçkilər keçirilir. 100 adam səsvermədə iştirak edir. Onlardan 60-ı bir namizədin lehinə, 40-ı isə əleyhinə səs verir. Təbii ki, çoxluq qalib gəlir. Hökmranlıq çoxluğun əlindədir. Hökmranlıq olan yerdə azadlıq olmur. Deməli, demokratiya düzgün idarə vasitəsi deyil».

Rəhman Bədəlov isə şairin bu fikri ilə razılaşmadı. «Mən demokratiya tərəfdarıyam» – deyən filosof belə hesab edir ki, demokratik ölkədə əsas persona yox, prosedurdur: «Elə etmək lazımdır ki, normal prosedur olsun. Normal prosedurda, hətta pis adam seçilsə belə, yenə üstünlüyü var».
XS
SM
MD
LG