Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:15

Növbəti beş ildə bizi nə gözləyir?


Əli Kərimli deyir ki, 2010-cu ilin parlament seçkilərində ciddi mübarizə olacaq

Əli Kərimli deyir ki, 2010-cu ilin parlament seçkilərində ciddi mübarizə olacaq

Dinlə

Oktyabrın 16-da «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramında haqşünas Hafiz Həsənov, politoloq Ərəstun Oruclu, İlham Əliyevin vəkili Musa Qasımlı və AXCP sədri Əli Kərimli bu sual ətrafında müzakirələr aparıblar.
Musa Qasımlı deyir ki, növbəti beş ildə xarici və daxili siyasətdəki uğurların davamı gələcək: «Ölkədə yoxsulluq azalacaq, sosial problemlər öz həllini tapacaq». Prezidentliyə namizədin vəkili fikirlərinin təsdiqi kimi bildirdi artıq vaxtı ilə ölkədən gedənlər indi geri qayıdırlar.

AXCP sədri Əli Kərimli mübarizəni bundan sonra davam etdiriləcəyini deyir. O, bildirdi ki, mübarizə aparmaq üçün şans qalır. Belə ki, 2010-cu ilin parlament seçkilərində ciddi mübarizə olacaq.

Hafiz Həsənov və Ərəstun Oruclu isə çox pessimistdirlər. Onlar mətbuat, müxalifəti, QHT sektoru çıxdaş olan cəmiyyətdə iqtidar daha da aqressivləşəcək.

Ə.Oruclu deyir ki, seçkidən sonra ölkədən gedənlər daha çox olacaq, nəinki qayıdanlar: «Bundan sonra vətəndaşlar hansısa dini qruplaşmaya qoşulsalar biz təəccüblənməməliyik».

Şərhləri göstər

XS
SM
MD
LG