Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:16

«Azərbaycanda maraqlı seçkilər dövrü arxada qalıb»


«İlham Əliyevin növbəti dəfə prezident seçiləcəyinə heç kimin şübhəsi yoxdur»
«İlham Əliyevin növbəti dəfə prezident seçiləcəyinə heç kimin şübhəsi yoxdur»
Rusiyanın «Kommersant» qəzeti yazır ki, Bakıda seçki ab-havası hiss olunmur. Prezidentin və atasının binaların fasadları və yeraltı keçidləri bəzəyən portretlərindən başqa, elə bir təşviqat gözə dəymir. Hökumət binalarının, mehmanxanaların dəhlizində Əliyevlər ailəsinin şəkilləri asılıb.
Qəzet yazır ki, şəhərdə sosialist sayağı tikinti işləri gedir, qaldırıcı kranlar, göydələn binaların dirəkləri ucalıb, küçələr təmir olunur:
«Bütün bunlar o dəqiqə gözə girir, hakimiyyəti tənqid edən xarici müşahidəçilərin, xüsusilə də ATƏT-in hesabatlarını dumanlandırır. Hərcənd bu tənqid bir o qədər kəskin olmasa da, yerli hakimiyyət bunu ağrılı qarşılayır».
Qəzet yerli politoloq Vüqar Ağayevə istinadla yazır ki, seçkidən qeyri-adi heç nə gözlənilmir və İlham Əliyevin növbəti dəfə prezident seçiləcəyinə heç kimin şübhəsi yoxdur. Artıq Azərbaycanda maraqlı seçkilər dövrü arxada qalıb.
Amma qəzet yazır ki, hakim dairələr alternativsiz seçki terminiylə razılaşmır.
Mərkəzi Seçki Komissiyası iddia edir ki, prezidentliyə iddiaçılar arasında müxalifətçilər və müstəqil namizədlər var.
***
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov isə seçkiyə hazırlığı və onun gedişini yüksək qiymətləndirib.

V.Çurov bunu Bakıda azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşdükdən sonra jurnalistlərlə söhbət zamanı deyib. Bunu isə «Vesti» televiziyasının saytı yazır.
Çurov seçkinin azad və ədalətli, seçicilərin fəallığının yüksək olduğunu deyib.
Vitali Çurovun beynəlxalq müşahidəçi statusu olsa da, o, heç bir missiyaya daxil deyil və Bakıya seçkini izləməyə MSK-nın dəvətilə gedib.
***
News. ru internet saytı isə yazır ki, Azərbaycanın Seçki Məcəlləsində lazım gəlsə ikinci mərhələnin keçirilməsi nəzərdə tutulsa da, praktikada bu heç zaman baş verməyib. İndiyədək 4 prezidentin hamısı elə birinci mərhələdə seçilib, ən böyük göstərici isə 1993-cü ildə - Heydər Əliyev prezident seçiləndə olub - 98,8 faiz.
News. ru yazır ki, ölkədə vəziyyətin sabit olmasına baxmayaraq hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib.
Hakimiyyət seçkinin azad və ədalətli olacağını desə də, Xalq Cəbhəsi Partiyası da daxil olmaqla müxalifət seçkini boykot edib.
***
«Regnum» Agentliyi isə yazır ki, Müxalifətin Əməkdaşlıq Mərkəzindən olan müşahidəçilər qrupu bir sıra qanun pozuntusu aşkar edib. Mərkəzdən verilən məlumata görə, səsverməyədək bir sıra məntəqələrdə bülletenlər müşahidəçilərin iştirakı olmadan sayılıb və bununla bağlı akt tərtib olunub. Bundan başqa, seçicilərdən seçki vəsiqəsi tələb olunmur. Bəzi dairələrdə isə müşahidəçilərin işləməsinə şərait yaradılmayıb.
Rusiya Federasiya Şurasının sədr müavini və Müstəqil Dövlətlər Birliyi müşahidəçilər missiyasının rəhbəri Svetlana Orlova isə 6 seçki məntəqəsində olduğunu və elə bir qanun pozuntusu aşkar etmədiyini deyir.
***
«Vzqlyad» qəzeti isə yazır ki, İlham Əliyevin seçkinin birinci mərhələsində qələbəyə şansı çox olsa da, seçkiyə yaxşı hazırlaşmaq ona lazım idi. Çünki Qərbin gözündə Əliyev rejiminə legitim don geyindirmək seçkiyə beynəlxalq aləmin verdiyi nəticələrdən çox asılıdır.
Qəzet daha sonra yazır ki, seçkidən sonra Azərbaycan-Rusiya münasibətləri prinsipial olaraq başqa səviyyəyə qədəm qoyacaq.
Çünki Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra sözsüz onun Qarabağ məsələsinə münasibətinə aydınlıq gətirmək lazımdır.
Buna görə də Azərbaycan Rusiyanı öz tərəfinə çəkməli və ya Moskvanın daha aydın mövqeyinə nail olmalıdır.
Enerji məsələsinə gəldikdə isə, Moskvanın Azərbaycanın bütün qazını almaq istəməsi Bakı üçün maraqlıdır. Amma bu, başqa bir tərəfdən birbaşa Rusiyaya üz tutmaq olar və Azərbaycanın Qərblə gələcək əməkdaşlığını böyük sual altında qoyar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG