Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:09

«Siyasi mühitdə ciddi bir natamamlıq yaranıb»


«Freedom House» Beynəlxalq Hüquq-Müdafiə təşkilatının Araşdırmalar üzrə direktoru Kristofer Uolker

«Freedom House» Beynəlxalq Hüquq-Müdafiə təşkilatının Araşdırmalar üzrə direktoru Kristofer Uolker

Əslində seçkinin nəticələrinə bu gün keçirilən səsvermədən çox ölkədəki seçkiqabağı vəziyyət təsir edib. «Freedom House» Beynəlxalq Hüquq-Müdafiə təşkilatının Araşdırmalar üzrə direktoru Kristofer Uolker «Azadlıq» radiosuna müsahibəsində belə deyib.
Onun fikrincə, Azərbaycanda yaradılan seçkiqabağı siyasi mühit hakim qüvvəyə qarşı rəqabət aparmaq imkanı vermirdi. Müxalifətin seçkini boykot etməsi qərarını şərh edən Uolker bildirib:

«Təəssüf ki, müxalifət seçkini boykot etmək qərarına gəldi. Bu, ölkədə siyasi prosesdə ciddi bir natamamlıq yaradır. Məncə, müxalifətin qərarı onunla bağlıdır ki, onlar hesab etdilər ki, nəzarətdə saxlanan və idarə olunan seçki prosesi onları hadisələrin gedişinə təsir etmək imkanlarından məhrum edir. Bütün hallarda bu vəziyyət ölkədə siyasi mühitin çox ciddi natamamlığını yaradır».

«Freedom House»un son bir neçə hesabatında Azərbaycan müxtəlif sahələr üzrə qeyri-azad ölkə hesab edilib. Təşkilat son hesabatında Azərbaycan həm medianın vəziyyətinə, həm siyasi hüquqların vətəndaş azadlıqlarının qorunması sahəsində nəticələrinə görə qeyri-azad ölkələr sırasına daxil edilib.

Kristofer Uolker bu seçkidən sonra da ölkədə insan haqları siyasi islahatların sahəsində ciddi irəliləyişlər gözləmir.

«Seçki ərərfəsindəki mühitə diqqət yetirsək, əksər müşahidəçilər qeyd edirlər ki, ümumi siyasi mühitdə ciddi problemlər var. Mən, seçkidən sonra ölkədə demokratik şəraitin yaxşılaşacağına dair heç bir fikir eşitməmişəm. İndi «Freedom House»un da Azərbaycandakı siyasi mühitə qiyməti çox aşağıdır. Amma seçkidən sonra nəyinsə yaxşılığa doğru dəyişəcəyinə də xüsusi bir əlamət görünmür» - deyə Kristofer Uolker bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG