Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

«Sərhədsiz Reportyorlar» həbsdəki jurnalistlərin ailələrinə yardım edib


«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşklatı hazırda həbsdə olan üç jurnalistin - Sakit Zahidov, Qənimət Zahidov və Müşviq Hüseynovun ailələrinə maliyyə yardımı göstərib. Bu barədə jurnalistlərin həyat yoldaşlarına oktyabrın 15-də təşkilatın hazırda Bakıda olan nümayəndəsi Elza Vidal bildirib.
Xanım Vidalın sözlərinə görə, yardım bu jurnalistlərin ailələrinin daimi gəlirinin olmaması və ciddi problemlər yaşaması nəzərə alınmaqla göstərilib.

Görüş zamanı jurnalistlərin xanımları qonağa həyat yoldaşlarının vəziyyəti, səhhəti və saxlanma şəraitləri haqqında məlumat veriblər. Qeyd edilib ki, daimi müalicəyə ehtiyac duyan Sakit Zahidovun vəziyyəti xüsusi narahatlıq doğurur.

Eyni zamanda, Elza Vidal daha bir məhkum jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayevlə görüşüb. Sonuncu Vidala jurnalistin həbsdə saxlanma şəraiti, ona göstərilən təzyiq haqqında məlumat verib. Təşkilat nümayəndəsi bildirib ki, bütün həbsdə olan jurnalistlərin işləri diqqət mərkəzindədir, onların azad edilməsi və ailələrinə dəstək göstərilməsi üçün mümkün olan tədbirlər həyata keçiriləcək.
/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG