Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

Məşhur vəkilin zəhərlənməsi cəhdi ehtimal olunur


Fransa polisi Rusiyanın məşhur hüquq müdafiəçisi Karinna Moskalenkonu zəhərləmək cəhdi ilə bağlı hadisəni araşdırmağa başlayıb.
K. Moskalenko sentyabrın 13-də Strasburqda öz avtomobilində civəyə bənzəyən maddə aşkar edib. Bundan sonra başağrısı və ürəkbulanması hiss edən vəkil və onun ailə üzvləri həkimə müraciət etməli olublar.

Fransa polisi Moskalenkonun maşınından tapılan maddəni ekspertizaya göndərib. Lakin müstəntiqlər bildiriblər ki, tapıntının miqdarı insan həyatına təhlükə kəsb etmək üçün çox azdır.

Moskalenkonun həmkarı vəkil Anna Stavitskaya hesab edir ki, bu yolla Moskalenkonu qorxutmaq istəyiblər.

K.Moskalenko qətlə yetirilən jurnalist Anna Politkovskayanın ailəsinin təmsil etmək üçün oktyabrın 15-də Moskvaya gəlməli idi. O, Yukos şirkətinin, Avropa İnsan Haqqları Məhkəməsinə müraciət edən Çeçenistan sakinlərin vəkili kimi də tanınır.

Karinna Moskalenko əslən Bakıdandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG