Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:23

«Veb-kameralardan effektiv istifadədə problemlər yaşanıb»


Ölkə üzrə 500-dək seçki məntəqəsində səsvermə prosesini canlı olaraq məsafədən izləmək üçün veb-kameralar quraşdırılıb

Ölkə üzrə 500-dək seçki məntəqəsində səsvermə prosesini canlı olaraq məsafədən izləmək üçün veb-kameralar quraşdırılıb

«Veb-kameralardan effektiv istifadədə problemlər yaşanıb». «Seçki 2008» QHT Koalisiyasının mətbuat üçün məlumatında belə deyilir.
Ölkə üzrə 500-dək seçki məntəqəsində səsvermə prosesini canlı olaraq məsafədən izləmək üçün veb-kameralar quraşdırılıb:
«Günün başlanğıcında kameraların işində ciddi əngəllərə rast gəlinməsə də, günortaya doğru bir çox məntəqələrdəki kameralar vasitəsilə prosesi izləmək imkansız olub».
Koalisiya həmçinin MSK-nın saytında xəbər qıtlığının olduğunu bildirir:
«MSK-nın xəbərləri başqa internet saytlarında yayılsa da, qurumun öz saytında bu imkan təmin edilməyib. Oktyabrın 14-də hər hansı texniki-texnoloji problemin olmayacağı rəsmən elan edilsə də, səsvermə günü MSK bu cür problemlər üzündən səsvermənin gedişi ilə bağlı ilkin informasiyanı təxminən iki saat gecikmə ilə verib».
Saat 16.30-a qədər Koalisiyanın «qaynar xətt»inə 53 müraciət daxil olub. Bunlar əsasən seçki məntəqələrinin yerinin dəqiqləşdirilməsi, seçici siyahılarındakı adların evlərə göndərilən bildirişlərlə üst-üstə düşməməsi ilə bağlıdır.
XS
SM
MD
LG