Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

«Şəxsiyyət vəsiqəmi direktor alıb»


Gəncədə iki nəfərin bir seçki kabinəsində səsverməsi

Gəncədə iki nəfərin bir seçki kabinəsində səsverməsi

Şirvan şəhər sakini Nuriyyə xanım Yasamal rayon 25 saylı seçki dairəsində səs verməyə gəlib. Bakıya tibbi təkmilləşdirmə kursu üçün gələn bu xanımın şəxsiyyət vəsiqəsi 2 saylı baza Tibb məktəbinin direktoru Tahirə xanım alıb ki sabah saat 12-də məntəqəyə gələndə qaytaracağam səs verərsən.

«Direktor dedi ki, saat 12-dək burda olarsan. Biz kursa gələnlər qeydiyyatdan çıxıb şəxsiyyət vəsiqələrimizi Tahirə xanıma vermişik. İndi onu axtarıram, tapmıram. Tapanda gəlib səs verəcəyəm»

Məntəqə axtaran seçicilər
Abdulla Şaiq küçəsinin sakinləri 70-dən çox sakini oktyabrın 15-i səhər açılandan Yasamal rayon 16 saylı seçki dairəsinin 22 saylı məntəqəsini axtarırdılar. Fəridə Qasımova həmin küçədə 114 ünvanında yaşayır.
«Saat yarımdı məntəqəmizi axtarıram. 70 adam yığılmışıq hələ tapa bilmirik».

İki nəfər bir səs vermə otağında
Məntəqədə Şirvan şəhərindən olan iki tələbənin bir otaqda səs verdiyini gördüm. Həmin otaqların qarşısında təxminən 13-14 müşahidəçi əyləşməsinə baxmayaraq, müdaxilə etmirdilər.
Tələbə qızlardan biri etiraf edirdi ki, rəfiqəsinin anlayışı olmadığından səs verməsinə köməklik edir.
-Səsvermədə iştirak etdiniz?
-Bəli
-Siz səsvermə kabinəsinə rəfiqənizlə birgə keçdiniz, ona kimə səs verməyində kömək etdiniz?
-Əlbəttə».

Prezident seçkilərində müşahidələrimi Yasamal rayonu ərazisindəki 15, 16 və 17 saylı seçki dairələrində apardım. Əksər seçki məntəqələrində seçicilər onlara kimə səs vermələri ilə bağlı hansısa təzyiqlərin olmadığını dedilər.
XS
SM
MD
LG