Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:42

«Seçki 2008» Koalisiyasının koordinatoruna təzyiq edilib


«Bəzi dairələrdə hələ də ciddi aktivlik yoxdur»
«Bəzi dairələrdə hələ də ciddi aktivlik yoxdur»
«Seçki 2008» QHT Koalisiyasının cənub regionu üzrə koordinatoru Rey Kərimoğlu 70 saylı Masallı seçki dairəsinin 1 saylı səsvermə məntəqəsində komissiya üzvlərindən birinin təzyiqinə məruz qalıb. Bu haqda sözügedən Koalisiyanın media üçün məlumatında bildirilir:
«Məntəqədə baş verən basabasın səbəbləri ilə maraqlanan R.Kərimoğlu burada sərt münasibətlə rastlaşıb, ona qarşı kobudluq edilib».
Məlumatda daha sonra deyilir ki, 59 saylı Salyan seçki dairəsinin 23 saylı məntəqəsində müvafiq sənədlərin divardan asılmasında qüsurlar müşahidə edilib.
Dairə üzrə koordinatorlardan daxil olan məlumatlara görə, bir sıra seçki dairələrində fəallıq müşahidə edilsə də, bəzi dairələrdə hələ də ciddi aktivlik yoxdur. 121 saylı Laçın seçki dairəsində isə ən aşağı fəallıq qeydə alınıb.
Koalisiya bildirir ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin əksər məntəqələrində təşkilati işlər qaydasında deyil, hətta bir müəssisədə 7 məntəqənin yerləşdirilməsi halı mövcuddur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG