Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:48

Xırdalanda seçki karuseli


Aydın olub ki, avtobuslar Mənzil İstismar İdarəsi tərəfindən təşkil edilib
Aydın olub ki, avtobuslar Mənzil İstismar İdarəsi tərəfindən təşkil edilib
Bakı: Prezidentliyə namizəd İlham Əliyevin səs verdiyi Səbail rayonu 29 saylı seçki dairəsinin 6 saylı məntəqəsində «Azadlıq» radiosunun əməkdaşı da daxil olmaqla bir sıra beynəlxalq KİV təmsilçilərinə bu prosesi müşahidə etməyə imkan verilməyib.
Xırdalan: «Azadlıq» radiosunun müxbiri 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 35 saylı məntəqəsinə seçicilərin müxtəlif mikroavtobuslarla gətirildiyini müşahidə edib.
Eyni zamanda Xırdalan dairəsi yaxınlığında seçiciləri səsverməyə aparmaq üçün 119 saylı marşrut avtobusları saxlanılıb. Aydın olub ki, bu avtobuslar Mənzil İstismar İdarəsi tərəfindən təşkil edilib.

Seçici kabinəsinə bir neçə nəfərin dəfələrlə daxil olduğu müşahidə olunur. Bəzi müşahidəçilər isə hansı təşkilatdan göndərildiklərini belə bilmirlər. 45 saylı Abşeron seçki dairəsinin 7 saylı məntəqəsində müşahidəçilər əsasən yaşlı adamlar və təqaüdçülərdir. Müşahidəçilər vəzifələrini bilmirlər, sadəcə deyirlər ki, fəallıq yüksəkdir.
Gəncə: Büdcə təşkilatlarında çalışanlardan tələb ediblər ki, səs verəndən sonra adlarına gələn bildiriş vərəqələrinə möhür vurdursunlar. Bu tələb həmçinin mağaza sahiblərinə də aiddir.
Məntəqə komissiyasının sədri seçkidən əvvəl bülletenlərin sayını elan etməyib. Müstəqil müşahidəçilər tərəfindən buna irad tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG