Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:20

Milli Bank kreditləri ucuzlaşdırdı


«Qərar ölkədə bahalı kredit sistemindən ucuz kredit siyasətinə keçid kimi qiymətləndirilə bilər»
«Qərar ölkədə bahalı kredit sistemindən ucuz kredit siyasətinə keçid kimi qiymətləndirilə bilər»
«Bizim Yol»: Azərbaycan Milli Bankının İdarə Heyəti ölkənin bank sistemində, maliyyə sabitliyinin qorunması məqsədi ilə kreditlər üzrə uçot dərəcəsini 15 faizdən 12 faizə, faiz dəhlizinin yuxarı həddini isə 20 faizdən 17 faizə endirməsi ilə bağlı qərar qəbul edib.
Əslində bu gün dünyada qlobal maliyyə böhranı davam edir. Ancaq Azərbaycanda hökumətin bu yöndə hər hansı addımı müşahidə edilmədi. Belə olan təqdirdə necə olur ki, Milli Bank faiz dərəcələrini aşağı salır? Məsələyə münasibət bildirən ekspertlərdən Vüqar Bayramov deyib: «Qərar ölkədə bahalı kredit sistemindən ucuz kredit siyasətinə keçid kimi qiymətləndirilə bilər». Azər Mehdiyev isə belə bildirib: «Rəsmi şəkildə verilən qərarın ardınca banklara qeyri-rəsmi göstərişlər də verilə və bununla əhalinin kreditlərə əlçatımlığı aşağı salına bilər».

«Yeni Azərbaycan» yazır ki, «sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33 faizə qalxacaq». Ölkə üzrə beş il ərzində ümumi daxili məhsul 2,7 dəfə artıb. Bu isə çox yüksək göstərici, dünyada görünməmiş bir nailiyyətdir. O cümlədən, hər bir rayonun iqtisadi artımı da çox yüksək rəqəmlərlə ifadə olunur. Bu onu göstərir ki, bizim inkişafımız hərtərəflidir. Uğurlarımızın təməlində isə çox ciddi iqtisadi islahatlar dayanır».

«Üç nöqtə»: Politoloq Qabil Hüseynli hazırda Cənubi Qafqaza nəzarət uğrunda mübarizədə Amerika Birləşmiş Ştatlarının Rusiyanı danışıqlar prosesindən kənarlaşdırmağa çalışdığını qeyd edir. Buna müəyyən qədər nail olunduğunu vurğulamaqla politoloq, Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi korrektələr apardığını söylədi. Onun fikrincə, Amerika Azərbaycanın ərazi bütövlüyü məsələsini kəskin və ardıcıl şəkildə qoyur və məsələni məhz bu kontekstdə həll etməyə çalışır. Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, politoloq hesab edir ki, rəsmi Moskvanın hər vasitə ilə Azərbaycanı öz tərəfinə çəkməyə çalışmaları müşahidə olunur.

«Yeni Müsavat»ın köşə yazarı Xalid Kazımlı yazır ki, «Avropanın siyasi dairələrini artıq ikiüzlülükdə qınamaq olmaz. Onlar həndəsi fiqur kimi çoxüzlüdürlər. Qosqoca qitədə gedən siyasi proseslər bunu hər gün daha bariz şəkildə ortaya çıxarır...
İndi Avropanın qayğısı başqadır. Dünyanı sarsıdan maliyyə, enerji, təbii fəlakət böhranlarından sovuşmaq avropalıların başlıca problemidir. Belorus, Azərbaycan, Ermənistan kimi qeyri-demokratik Avropa ölkələri hələ bir müddət də olduqları kimi gözləyə bilərlər - başlı başını saxlasın».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG