Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:54

Sergey Strekalinin kassasiya şikayətinə oktyabrın 21-də baxılacaq


Bu il martın 13-də «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə basqında ittiham edilərək 1,5 il müddətinə həbs edilən Sergey Strekalinin kassasiya şikayətinə baxılması oktyabrın 21-dək təxirə salınıb.
Bu barədə «Turan»a Aqil Xəlilin vəkili Elçin Sadıqov bildirib. Kassasiya şikayəti bu iş üzrə Apellyasiya Məhkəməsinin ilkin hazırlıq iclasından verilmiş qərarla bağlıdır.
Belə ki, Apellyasiya Məhkəməsi məhkəmə prosesinin istintaqla getməməsi barədə qərar çıxarıb.
Sergey Strekalin bu il iyulun 15-də Nəsimi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (narkotik əldə etmə və saxlama) maddələri ilə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Strekalinin vəkili Akif Məlikov məhkəmədən müdafiə etdiyi şəxsə 234.1-ci maddə üzrə bəraət verməyi xahiş edib.
Aqil Xəlilin vəkili Elçin Sadıqov isə S.Strekalinə 127.1-ci maddə ilə bəraət verməyi istəyib. Vəkil hesab edir ki, Strekalinin Aqil Xəlilin həyatına qəsd faktı ilə heç bir əlaqəsi yoxdur. Lakin məhkəmə bu vəsatəti rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG