Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Dərslik monopoliyası


Təhsil Nazirliyinin rəsmisi isə deyilənlərlə razılaşmır

Təhsil Nazirliyinin rəsmisi isə deyilənlərlə razılaşmır

Dinlə

«Əlifbanı keçib qurtarmayan şagirdə kitabda tapşırığın şərti ingiliscə verilir. Ana dili dərsliyində elə şeirlər var ki, ona mənim gülməyim gəlir. Bu, uşağa lazımdır? 4–cü sinifdə də bir uşağım oxuyur. Tapşırığında elə söz olur ki, onu ancaq böyük tərcümə kitablarından tapa bilirəm. Mənim savadım var, bir təhər edirəm, bəs bilməyənlər? Bu, uşağı məktəbdən, dərsdən yayındırmaqdır. Bunu Təhsil Nazirliyində dərs proqramını hazırlayanlar edir».
Bakıdakı orta məktəb şagirdlərindən birinin valideyni belə deyir. Söhbət orta məktəb dərsliklərindəki qüsurlardan gedir.
2006-cı ildə nəşr olunmuş «İnformatika-1» kitabında rast gəldiyim qüsurlardan daha biri barədə.
Həmin kitabın 96-cı çalışmasının «b» bəndi şagirdlərə Azərbaycan bayrağını tərsinə rəngləməyi öyrədirmiş. Yəni təqdim olunan eskizi göstərildiyi kimi, rəngləyəndə yaşıl rəng yuxarıya, göy isə aşağı düşür. Bu kitab artıq istifadədən çıxarılıb. Amma nəşr Qiymətləndirmə Şurasının yoxlamasından keçib məktəblərə gəlmişdi.
Dərsliklər barədə söhbət etdiyim orta məktəb müəllimləri kitablardan o qədər də narazı olmadıqlarını bildirdilər.
Bakı şəhər 31 saylı məktəbin direktoru Şükufə Məmmədsalahova isə həqiqətən də kitabların ideal olmadığını etiraf edir. Amma bunun yeniliyə xidmət etdiyini bildirir:
«Demək olmaz ki, dərsliklər tam idealdır. Amma bu, inkişafa yönəlib. Məsələn, bu yaxınlarda şagird bizə tapşırığın cavabını tapmaqda çətinlik çəkdiyi üçün müraciət etdi. Cavabı biz də xeyli düşündükdən sonra tapdıq. Amma bu, müsbət haldır, şagirdi və müəllimi düşündürür».
«Pedaqogika» nəşriyyatının rəhbəri Əlövsət Osmanlı deyir ki, məsələn, 1-ci sinif şagirdi üçün nəzərdə tutulan çalışmalarda onların sonrakı dərslərdə və ya yuxarı siniflərdə tanış olacağı ifadələrdən istifadə olunur.
«21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə bildirir ki, müəlliflərin və dərslikləri çap edən nəşriyyatların seçilməsi Təhsil Nazirliyinin monopoliyasındadır. Yaxın müəlliflərə və nəşriyyatlara üstünlük verilməsi vəziyyəti bu həddə çatdırıb.
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə bildirir ki, dərsliklərin hazırlanması üçün keçirilən tenderlərin nəticəsini Qiymətləndirmə Şurası kodlaşdırılmış təkliflər üzərində iş apararaq müəyyənləşdirir. Qiymətləndirmə isə obyektivdir.
F.Şahbazlı deyir ki, monopoliya haqqında söhbət həmişə olacaq. Çünki bu prosesdə maraqları toqquşan müəlliflər və rəqib nəşriyyatlar var.
Təxminən bir ay olar ki, «Pedoqogika» nəşriyyatı Təhsil Nazirliyi ilə bağlı iqtisad məhkəməsinə müraciət edib. Nəşriyyatın rəhbəri Əlövsət Osmanlı hesab edir ki, dərsliklərin hazırlanması üzrə keçirilən tender zamanı Qiymətləndirmə Şurası obyektiv olmayıb.
XS
SM
MD
LG