Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:23

Vahid Ələkbərov 8 milyard kasıbladı, ancaq optimistdir


Ələkbərov deyib ki, səhmlərin ucuzlaşmağından istifadə edib, yeni səhmlər almaqla «Lukoyl»dakı payını artıracaq

Ələkbərov deyib ki, səhmlərin ucuzlaşmağından istifadə edib, yeni səhmlər almaqla «Lukoyl»dakı payını artıracaq

İndiki maliyyə böhranı «Lukoyl»un prezidenti Vahid Ələkbərovun var-dövlətini 3 aya 8 milyard dollar azaltdı. Onun «Lukoyl»da payı 20 faizdir, şirkətin səhmlərinin qiyməti isə 58 faiz düşüb. Ancaq Ələkbərov səhmlərini satmaq istəmir, «Röyters» agentliyinə deyib ki, əksinə, səhmlərin ucuzlaşmağından istifadə edib, yeni səhmlər almaqla «Lukoyl»dakı payını artıracaq. O, niyə belə edir? – çünki inanır ki, dünya indiki böhrandan çıxacaq.
Amerika maliyyə böhranı ilə mübarizəyə 700 milyard dollar, ardınca Fransa, Almaniya, Britaniya birlikdə bir trilyon dollar ayırandan sonra indi Amerikanın Mərkəzi Bankının sədri Ben Bernanke «The Wall Street Journal»da yazır ki, bu böhranın öhdəsindən gəlməyə Qərbin gücü çatacaq.

İqtisadiyyat üzrə 2008-ci ilin Nobel mükafatı alan Pol Kruqman isə «New-York Times»da yazır ki, dünyanın maliyyə sistemini hələlik də olsa, Britaniyanın baş naziri Qordon Braun xilas etdi. Onun fikrincə, Britaniya Amerikanın iqtisadi rəhbərlərindən fərqli olaraq aydın düşüncə göstərdi. Braunun və onun maliyyə naziri Alistair Darlinqin qətiyyətlə həyata keçirdiyi ideya odur ki, hökumət çökən banklarda həlledici pay alsın. Britaniya hökuməti 3 bankda nəzarət zərfini aldı, indi Amerika hökuməti elan edir ki, vəziyyəti pis olan 9 bankın səhmlərini alır və buna 250 milyard dollar verir.

Kruqman Braunu niyə tərifləyir? – Çünki alternativ ideya çox cəlbedici idi və Amerika Konqresində də bunun xeyli tərəfdarı var. İdeya budur ki, pulu banklara yox, birbaşa ipoteka borcunu ödəyə bilməyənlərə versinlər. Soruşurlar ki, hökumət niyə xalqın pulu hesabına banklara kömək etməlidir? Ancaq Kruqman yazır ki, bu ideya həyata keçsəydi maliyyə böhranı zəifləməyəcəkdi və banklar ümidsiz vəziyyətə düşəcəkdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG