Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

Daha iki ölkə iqtisadiyyata yardım planını açıqladı


İlk olaraq ABŞ maliyyə böhranını önləmək üçün 700 milyard dollar ayırmışdı

İlk olaraq ABŞ maliyyə böhranını önləmək üçün 700 milyard dollar ayırmışdı

Dinlə

Avropa ölkələri öz bank sistemlərinə yardım paketlərini açıqlayıblar. Almaniya hökuməti 650 milyard dollarlıq yardım planını təsdiq edib. Bu pulla bankların səhmləri alınacaq və yeni kreditlərə təminat veriləcək.

Fransanın yardım planı isə 490 milyard dollardı.

Bundan qabaq Britaniya öz planı haqda məlumat yaymışdı. Bu ölkənin yardım planının dəyəri 865 milyard dollardı.

Britaniyanın Maliyyə naziri Əlister Darlinq oktyabrın 13-də başqa qitələrdəki dövlətləri də Avropadan nümunə götürməyə çağırıb:

«Biz vacib olan hər şeyi edirik. Biz bunu cəld və qətiyyətlə edirik. Amma gərək bu cür addımları dünyanın başqa bölgələrindəki ölkələrin hökumətləri də atsınlar».

İlk olaraq ABŞ maliyyə böhranını önləmək üçün 700 milyard dollar ayırmışdı.

Bu xəbərlərə Avropa və Asiya bazarları müsbət reaksiya verib və artıq səhmlərin qiymətində artım müşahidə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG