Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:20

«Seçkiqabağı mühit qənaətbəxş deyil»


«Seçkidən sonrakı qiymətləndirmələr də əvvəlki seçkilər sonrası münasibətdən yumşaq olacaq»
«Seçkidən sonrakı qiymətləndirmələr də əvvəlki seçkilər sonrası münasibətdən yumşaq olacaq»
Dinlə

2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə indiki seçkiqabağı kampaniya daha aşağı və zəif səviyyədədir. Namizədlərin rəqabəti hiss olunmur, seçicilərin seçim imkanı məhdudlaşıb.

Seçki Monitorinq Mərkəzinin 2008-ci il prezident seçkisinin uzunmüddətli müşahidəsinin nəticələrinə dair oktyabrın 10-da açıqladığı ikinci aralıq hesabatında belə deyilir. Mərkəzin rəhbəri Anar Məmmədli bildirir ki, seçkinin təşkili işində bir sıra məsələlərdə irəliləyişlər olsa da, ötən seçkilərdə baş verən bəzi qanun pozuntuları yenə də müşahidə edilməkdədir.

Hesabatda bildirilir ki, ölkədə seçkiqabağı mühit qənaətbəxş deyil. Bir neçə siyasi təşkilatın bu seçkidə iştirak etməmək qərarı verməsi isə seçici fəallığına mənfi təsir edib.

Trend və APA agentlikləri isə xəbər verirlər ki, Avropa Şurasının (AŞ) Nümayəndələr Komitəsinin demokratiya üzrə məruzəçiləri Azərbaycanda seçkiqabağı vəziyyəti normal hesab edirlər. Yayılan məlumata görə, Komitənin Azərbaycandakı seçkilə bağlı Şuranın Fəaliyyət Planının yerinə yetirilməsinə dair iclasında bu nəticəyə gəlinib.

Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi, iclasda iştirak etmiş Veronika Kotek «Azadlıq» radiosuna deyir ki, AŞ-ın Demokratiya üzrə Məruzəçilər Qrupunun iclasında Azərbaycan hökuməti tərəfindən Fəaliyyət Planının yerinə yetirilməsi barədə söhbət getməyib:

«Yox, çünki bu seçki prosesinin qiymətləndirilməsi olardı ki, belə bir mandat yalnız Avropa Şurası Parlament Assambleyasına məxsusdur».

Təqdirə layiq görülən iş isə, xanım Kotekin fikrincə, Azərbaycan hökumətinin yox, Avropa Şurasının gördüyü iş olub:

«Müzakirə Avropa Şurasının özünün gördüyü işdən gedirdi».

Xüsusi nümayəndə onu da əlavə edir ki, Avropa Şurası Fəaliyyət Planını müxtəlif dövlət qurumları, mülki cəmiyyət nümayəndələri və media ilə əməkdaşlıqda həyata keçirib.

Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, yaxşı mənada radikal demokratik mövqedə duran yerli təşkilatlarla Avropa Şurası, ATƏT kimi beynəlxalq qurumların seçkiqabağı vəziyyəti qiymətləndirməsi fərqli olmalıdır. Çünki əgər Avropa Şurası və ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu sərt mövqe tutsa, onda indiyə qədər bu yolda öz fəaliyyətinin nədən ibarət olmasını izah edə bilməyəcək.

R.Mirqədirov hesab edir ki, seçkidən sonrakı qiymətləndirmələr də əvvəlki seçkilər sonrası münasibətdən yumşaq olacaq.

Parlamentin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov isə beynəlxalq təşkilatların bu seçkiyə ümumiyyətlə yeni yanaşma ilə gəldiyini deyib.

R.Mirqədirov hesab edir ki, namizədlərin bu seçkinin təşkili və digər məsələlərlə bağlı ciddi narazılıqlarının olmaması da beynəlxalq qiymətləndirmənin tonuna təsir edən amildir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG