Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Heydər Babayevdən Hafiz Hacıyevə cavab gəldi


İqtisadi İnkişaf naziri Heydər Babayev

İqtisadi İnkişaf naziri Heydər Babayev

«Biz onun çıxışını böhtan və tərbiyəsizlik kimi qiymətləndiririk. Azərbaycan cəmiyyəti kimin kim olduğunu yaxşı bilir».
Bu sözləri «Turan»a İqtisadi İnkişaf Nazirliyinin (İİN) Mətbuat Xidmətindən prezidentliyə namizəd Hafiz Hacıyevin İTV-də etdiyi çıxışa münasibət bildirərkən deyiblər.
«Hafiz Hacıyevin bu cür ucuz şər və böhtan üzərində qurulmuş çıxışları onun əxlaqsızlığının daha bir nümunəsidir. Hesab edirik ki, prezidentliyə namizədin cəfəngiyyatla dolu şər və böhtana söykənən çıxışı seçicilərdə yalnız ikrah və özünə nifrət hiss oyadır», - deyə İİN-dən bildiriblər.
Müasir Müsavat Partiyasının rəhbəri, prezidentliyə namizəd Hafiz Hacıyev İqtisadi İnkişaf naziri Heydər Babayevin oğlunu qeyri-ənənəvi oriyentasiyalı olmaqda ittiham edib.

Şərhləri göstər

XS
SM
MD
LG