Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:34

Yeni doğulmuş körpəni satmaqda günahlandırılan tibb işçiləri tutulub


Bakıda yeni doğulmuş körpəni satmaqda günahlandırılan iki tibb işçisi həbs edilib. Bunlar 3 saylı Klinik Xəstəxananın həkimi Lalə Haqverdiyeva və tibb bacısı Səkinə Nadirovadır.

Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. DİN Mətbuat Xidmətindən Ehsan Zahidov «Azadlıq» radiosuna deyib ki, hazırda araşdırma davam etdirilir:
«Araşdırmanın nəticəsi barədə məlumat veriləcək».
Tibb işçilərindən Bakı sakini Gültəkin Həsənova şikayət edib, həkimlərin onun uşağını satdığını deyib. Günahlandırılan həkimi və tibb bacısını Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin əməkdaşları həbs ediblər.
XS
SM
MD
LG