Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:56

Nobel sülh mükafatını Marti Ahtisaari aldı


BMT baş katibinin Kosovo münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi, Finlandiyanın sabiq prezidenti Marti Ahtisaari
BMT baş katibinin Kosovo münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi, Finlandiyanın sabiq prezidenti Marti Ahtisaari
2008-ci il üçün Nobel sülh mükafatını BMT baş katibinin Kosovo münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi, Finlandiyanın sabiq prezidenti Marti Ahtisaari alıb.
Norveç Nobel Komitəsi qərarı oktyabrın 10-da Osloda elan edib.

Cənab Ahtisaari bu mükafata beynəlxalq münaqişələrin həllində göstərdiyi səylərə görə layiq görülüb.

M. Ahtisaarinin Kosovo münaqişəsinin tənzimlənməsi ilə bağlı planını Rusiya və Çinin etirazına baxmayaraq, ABŞ və Avropa Birliyi dəstəkləyib.

Dəyəri 1 milyon 400 min dollar olan Nobel mükafatına bu il 197 iddiaçı var idi. Ötən il bu mükafatı ABŞ-ın sabiq vitse-prezidenti Albert Qor alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG